ABŞ İsraili ilin sonuna qədər Qəzzada döyüş taktikasını dəyişməyə çağırdı - NYT

ABŞ prezidenti Co Bayden İsrailin qarşıdakı üç həftə ərzində və ya bundan sonra Qəzza zolağında aparacağı əməliyyatlarda daha aydın taktika tətbiq etməsini istəyir.

"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The New York Times” öz mənbələrinə istinadən yazır.

ABŞ rəsmiləri bildiriblər ki, ABŞ-ın nəzərdə tutduğu müharibənin yeni mərhələsi Qəzza zolağında məskunlaşan ərazilərə hərəkət edən və HƏMAS liderlərini tapmaq və öldürmək, girovları xilas etmək və tunelləri dağıtmaq üçün daha dəqiq missiyaları yerinə yetirən daha kiçik qoşun qruplarını əhatə edəcək.

NYT materialında qeyd edildiyi kimi, ABŞ-ın taktika dəyişikliyi çağırışı Qəzzadakı fəlakətli vəziyyətlə bağlı ABŞ və İsrail arasında artan fikir ayrılıqları fonunda baş verib.

NYT-nin həmsöhbətləri bildiriblər ki, cümə axşamı, dekabrın 14-də İsrailə səfər edən Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ölkəyə Qəzza zolağında genişmiqyaslı quru əməliyyatını dayandırmağı və HƏMAS-a qarşı müharibənin daha diqqətli mərhələsinə keçməyi tövsiyə edib.

Qeyd olunur ki, o, "tezliklə" yeni mərhələyə keçidi nəzərdə tutub, lakin daha dəqiq vaxt çərçivəsini açıqlamaqdan imtina edib.

ABŞ rəsmiləri bildiriblər ki, Bayden administrasiyası İsrailin HƏMAS liderlərini ovlamaq səylərinin aşağı intensivlikli əməliyyatlara keçdikdən sonra belə aylarla davam edəcəyini anlayır və razılaşır.

"Mən onların diqqətinin mülki insanların həyatını necə xilas edəcəklərinə yönəldilməsini istəyirəm... HƏMAS-ın arxasınca getməyi dayandırmasınlar, amma diqqətli olsunlar”, - Bayden Merilend ştatının Betesda şəhərində Milli səhiyyə institutunda çıxışı zamanı deyib.

Dekabrın 12-də prezident Bayden bildirib ki, Qəzza zolağının "ayırd etmədən bombalanması” səbəbindən İsrail qlobal dəstəyini itirir.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun ordusu "böyük təzyiqlərə baxmayaraq” HƏMAS yaraqlılarını məhv edənə qədər Qəzza zolağında müharibəni davam etdirəcək.

Dekabrın 14-də İsrailin müdafiə naziri Yoav Qalant Sallivanla görüşdən sonra bildirib ki, İsrailin HƏMAS yaraqlılarına qarşı müharibəsi "bir neçə aydan çox davam edəcək”.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər