Dövlət Su Ehtiyatları Agentliyində vəzifə uğrunda mübarizə - KİMLƏR DAHA ŞANSLIDIR?

dogruxeber.tv: - Məlum olduğu kimi, Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixdə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilir…. İdarə və təşkilatların ləğvi və birləşdirilməsi ilə yeni Xidmətlər-Publik Hüquqi Şəxslər(PHŞ), yeni ştat vahidləri və s. yaradılır.

Fərmanın 5.1 – ci maddəsinə uyğun olaraq Regional Su Meliorasiya Xidmətləri, 5.2 – ci maddəyə görə də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətləri yaradılacaq.

Eyni gündə imzalanmış “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərildiyi kimi sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq.

Bu arada Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, yeni formalaşan strukturda yeni olacaq vəzifələr uğrunda çarpışmalar günlərdir ki, başlayıb. Sədrin birinci müavini postu uğrunda Zaur Mikayılovun hazırkı müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və bu sistemdə məşhur olmayan daha bir şəxsin adı hallanır.

Dövlət Su Ehtiyatları Agentliyində vəzifə uğrunda mübarizə - KİMLƏR DAHA ŞANSLIDIR?

İddialıların hər biri özünəməxsus şansları ilə dəyərləndirilir: Rafiq Aslanov Meliorasiya sahəsində yetərincə təcrübəyə, nüfuza və böyük kapitala malik şəxs kimi tanınır. Təəssüf ki, eyni zamanda onun adı müxtəlif media orqanlarında korrupsiyaya bulaşmış məmur kimi hallanır…

Etibar Məmmədov
Etibar Məmmədov da təmsil olunduğu strukturda təcrübəli sima kimi tanınır. İndiyədək adı hansısa qalmaqalda, mənimsəmə faktlarında yer almır, həm də geniş şəxsi əlaqələrə sahib olduğu bildirilir.

Digər-üçüncü namizəd haqqında bir o qədər də, məlumatımız olmadığından hələlik adının hallandırılmasını uyğun bilmirik…

“Azərsu” ASC-nin rəhbəri vəzifəsini icra edən sədr müavini Köçərli Həsənovun isə üç müavin postundan birini arzuladığı, bu alınmayacağı halda isə Agentliyin Bakı şəhərindəki ən çəkili bir idarəsini də “B” variantı kimi hədəflədiyi bildirilir…

Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Yenixeber.org-a daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla da bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik.

Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birini hazırda fəaliyyət göstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.

Digər iddialının isə daha şanslı olduğu deyilir. Səbəb isə daha da yüksək çinli məmurla bağlılığı göstərilir…
Mövzunun davamı olacaq./yenixeber.org

Oxunub: 580

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər