Xəstəxanalarda qidalanma vaxtları TƏSDİQLƏNDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat” təsdiq edilib.

"dogruxeber.tv" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, təlimat Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB-in Nizamnaməsinə uyğun olaraq hazırlanıb.

Pasiyentlərin qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır: səhər yeməyi – 08:00–09:00, birinci ara yemək – 11:00, nahar yeməyi 13:00–15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00–20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər.

Xüsusi pəhriz tələb etməyən xəstələrin qidalanması gündəlik 3-4 dəfə və yeməklər arasında fasilə 4-5 saat olaraq nəzərdə tutulmalıdır. Yeməklər arası fasilənin 2 saatdan tez olması məqsədəuyğun deyil.

Əksər xəstələrdə pəhriz masasına görə qidalanma gün ərzində 5-6 dəfə müalicə həkimi və ya həkim-diyetoloq tərəfindən təyin edilə bilər.

Böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınması tövsiyə olunur.

"Tibb müəssisələrində qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədilə səhər, nahar, şam yeməklərinin hər birindən nümunələr götürülərək analiz edilir", - TƏBİB-dən bildirilib.

Oxunub: 322

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər