ABŞ-ın Qırmızı dənizdəki xüsusi əməliyyatına 20-dən çox ölkə qoşulub

20-dən çox ölkə Qırmızı dənizdə ABŞ-ın rəhbərlik etdiyi xüsusi əməliyyat olan "Prosperity Guardian" (Rifahın keşikçisi-red.) beynəlxalq əməliyyatında iştirak etməyə razılaşıb.

"dogruxeber.tv" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Bəzi hallarda gəmilər olacaq. Digər hallarda bu, personal və ya digər dəstək növləri ola bilər”, deyə Pentaqonun nümayəndəsi Patrik Rayder brifinq zamanı bildirib.

Eyni zamanda o, əlavə edib ki, koalisiyaya qoşulan ən azı 8 ölkə öz adlarının açıq şəkildə göstərilməsindən imtina edib.

"Reuters" qeyd edib ki, bu, İsrail və HƏMAS qruplaşması arasında müharibə səbəbindən bölgədə gərginliyin artması fonunda əməliyyatın siyasi həssaslığına işarə edə bilər.

Xatrıladaq ki, HƏMAS yaraqlılarının hücumuna cavab olaraq İsrail Qəzza zolağına qarşı əməliyyat başlatdıqdan sonra yəmənli husilər gəmilərə hücumları gücləndirib. Dekabrın 9-da onlar Qırmızı dəniz vasitəsilə İsrailə üzən bütün gəmilərə hücum edəcəkləri ilə hədələyərək fələstinlilərə dəstək ifadə ediblər.

Husilər artıq dekabrın 3-də ABŞ hərbi gəmisinə hücum da daxil olmaqla bir neçə ticarət gəmisini hədəfə alıblar. Hücumlar fonunda bir neçə qlobal gəmiçilik şirkəti gəmilərin Süveyş kanalından keçməsini dayandırıb və ya onları başqa marşrutlarla yönləndirib, bu daha uzun və daha bahalı prosesdir.

Artan gərginlik fonunda Səudiyyə Ərəbistanı Birləşmiş Ştatları Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün Yəmən husilərinə qarşı "təmkin göstərməyə” çağırıb.

Dekabrın 18-də Pentaqon Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq "Prosperity Guardian” əməliyyatına başladığını elan edib. Əməliyyatda Kanada, Fransa, Böyük Britaniya və digər ölkələr də iştirak edəcək.

Dekabrın 21-də husilər ABŞ-ın xüsusi əməliyyatına baxmayaraq, Qırmızı dənizdə gəmilərə hücumu davam etdirəcəklərini vəd ediblər.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər