Natəvanın Fransadakı abidəsi sökülmək təhlükəsi ilə üz-üzədir

Fransanın son zamanlar kəskin şəkildə güclənən antiazərbaycan siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib.

"dogruxeber.tv" Fransanın “Le Messager” nəşrinə istinadən xəbər verir ki, hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib.

Belə ki, qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Xatırladaq ki, “Azərbaycan Parkı” 2017-ci ildə açılıb.

Fransız nəşrinin məlumatına görə, bazar ertəsi, dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər.

Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.

Qeyd olunub ki, şəhər rəhbərliyinin son qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub.

Bu arada, görünən odur ki, Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə ucaldılan abidəsinə yönəldiblər.

Merin müavini Jan-Pyer Amadio Xurşidban Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxıb:

“O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”.

Fransa şəhərinin meriyasının bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.

Natəvanın Fransadakı abidəsi sökülmək təhlükəsi ilə üz-üzədir

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər