Qalib ölkənin qalib Lideri

Bu gün ölkəmiz özünün qürürlu bir tarixini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın günü-gündən inkişaf etməsinə, dünya ölkələri arasında rolunun artmasına, regionda lider dövlətə çevrilməsinə zəmin yaradır. 20 il öncə Prezident seçilərkən verdiyi vədlərin hər birini ardıcıl şəkildə həyata keçirən cənab İlham Əliyevin atdığı addımlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlərə, icra olunmuş layihələrə və dövlət proqramlarına nəzər yetirdikdə açıq və aydın şəkildə ölkəmizin necə inkişaf etdiyini görmək olur. Həyata keçirilmiş inkişaf prosesləri ilə bərabər Azərbaycan xalqının ən böyük arzusunu reallaşdıran Müzəffər Ali Baş Komandan 44 gün ərzində doğma Qarabağımızı düşmən tapdağından azad etdi. Ön cəbhədə qalib olan lider diplomatik cəbhədə də düşməni məğlub edərək torpaqlarımızın bir hissəsini döyüşsüz, bir güllə belə atılmadan qaytarılmasına nail oldu. Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından dərhal işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin gücünü bir daha nümayiş etdirmiş oldu. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Post müharibə dövründə həyata keçirilən abadlıq quruculuq işləri, inkişaf prosesləri ilə yanaşı ölkəmizin sülhə töhfə vermək, daimi sülhün əldə olunması istiqamətində atdığı addımlardan fərqli olaraq əks tərəfin bu xoş niyyətdən istifadə edərək müxtəlif fikirlərə düşməsi, xüsusi ilə mövqelərimizin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyi daha da artırmış oldu. Belə olan halda düşmən təxribatlarına cavab olaraq 19 sentyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılmış və cəmi 23 saat 43 dəqiqə çəkmiş lokal antiterror tədbirləri nəticəsində düşmən tamamilə məhv edilmiş, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran bütün tapşırıqlar uğurla icra edilmiş, ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərqərar olmuşdur. 15 oktyabr 2023-cü il tarixdə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndində Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldan, 8 noyabr 2023-cü il tarixdə həmin şəhərdə Silahlı Qüvvələrin paradını qəbul edən Prezident İlham Əliyev “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev baş çatdıra biləcək” demiş Ümumimilli lider Heydər Əliyevin ideyalarının həyata keçirildiyini, dahi şəxsiyyətin ən böyük arzularının reallaşmasını bütün dünyaya sübut etdi.

Ümummilli lider Heydər Əliyev yolunun ən layiqli davamçısı olaraq cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın yeni inkişaf modelini formalaşdırmaqla yanaşı, uğurlu gələcəyimizin qarantıdır. Ötən dövr ərzində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər sübüt edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcəkdir .

İlkin Əliyev
YAP Zərdab rayon təşkilatınnı sədri

Oxunub: 381

Son xəbərlər

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Bütün xəbərlər