gundem / hadise / dunya
6.01.2024
Oktyabrın 7-dən bəri İsrailin zərbələri nəticəsində 22 722 fələstinli həlak olub
Qəzzada son 24 saat ərzində ən azı 122 fələstinli həlak olub, 256 fələstinli isə yaralanıb.
"dogruxeber.tv" aawsat.com-a istinadəb bildirir ki, son ölümlər oktyabrın 7-dən Qəzzada ölənlərin ümumi sayının 22 722 fələstinliyə, 58 166 nəfərin yaralanmasına səbəb olub.
Son həftələr İsrail Qəzzanın şimalındakı hərbi hücumlarını azaldır və HƏMAS-ı darmadağın edəcəyinə söz verərək cənubda ağır hücumlarını davam etdirir. Cənubda Qəzzanın 2,3 milyon fələstinlisinin çoxu humanitar fəlakət nəticəsində daha kiçik ərazilərə sıxışdırılır, eyni zamanda İsrailin hava hücumları ilə vurulur.



