"Sabunçu" xəstəxanasında xəstəni 25 manata əməliyyət etdilər. Xəstənin qan donduran durumu

"Həkim ilk başda müalicə edəcəyini söyləsə də sonradan fikrini dəyişib. Sonradan vəziyyətim daha da pisləşib. Daha sonra həkim zənglərimizə cavab vermədi."

""dogruxeber.tv"" xəbər verir ki, Bunu Baxışov Mahir Səməndər oğlu adlı vətəndaş göndərdiyi öz şikayət məktubununda qeyd edib. Şikayətçi bildirir ki, 3 saylı Şəhər Klinik (Sabunçu) xəstəxanasının həkimi Mehdiyev Elçin ondan heç bir analiz götürmədən əməliyyat edib.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Mən Mahir Baxışov Səməndər oğlu 07.03.2023 tarixində 3 saylı Şəhər Klinik (Sabunçu) xəstəxanasında əməliyyat olunmuşam. Əməliyyatım həkim Mehdiyev Elçin tərəfdən olub (üst çənə cərrahı). Həkim ilk olaraq məndən 30 manat istədi. Mən də ona 25 manatımın olduğunu deyib razılaşdıq. Həkim məndən heç bir analiz götürmədən dəri altı vəzi adı ilə məni əməliyat etdi. Gün keçdikcə halım pisləşməyə başladı.

2 həfdən sonra əməliyyat olduğum yerdə şişkinlik yaranmağa başladı. Sonra Modern Hospitalda analiz verdik. Onlar məni Tibb Üniversitetinə göndərdilər. Orada da məndən nümunə götürüb City Hospitala yönləndirdilər. Bir neçə gündən sonra cavab gəldi ki, Onkoloji xəstəxanaya müraciət edin. Orada da analiz verdik.

Analizin cavabı onkoloji xəstə olaraq çıxdı. Bu vaxt ərzində atam dəfələrlə məni əməliyyat edən həkimə narazıçılığını bildirib. Qeyd edib ki, siz əməliyyatı düzgün yerinə yetirməmisiniz. Əməliyyatdan öncə analiz götürülməyib. Həkim ilk başda müalicə edəcəyini söyləsə də sonradan fikrini dəyişib. Sonradan vəziyyətim daha da pisləşib. Daha sonra həkim zənglərimizə cavab vermədi.

24.06.2023-cü ildə Sabunçu prokurorluğuna müraciət etdik. Həkim tərəfdən analiz verməyimi iddia edirək Sabunçu prokrorluğu işi bağlayıb. Amma səs yazılarında həkim analiz götürmədiyini boynuna alır.

Hazırda həmin nahiyə çox şişkin vəziyətdədir. Yaxınlarım tərəfdən yardım yığılaraq müalicəmi davam etdirməyə çalışıram. İndi isə vəziyyətim ağırdı, İranda müalicəyə gəlmişəm. Türkiyədə 150 min dollara qədər xərci olduğu deyilir. Ümidim sizədir. Mənim başıma gələnləri işıqlandırmağınızı istəyirəm.

3 saylı Şəhər Klinik (Sabunçu) xəstəxanasından bildirildi ki, şikayətlə bağlı Sabunçu Rayon Prokurorluğu və aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılıb və vətəndaşın şikayətinin əsassız olduğu sübut edilib:

"Bildiririk ki, Mahir Baxışov Səməndər oğlu 07.03.2023-cü ildə Sabunçu Tibb Mərkəzinə müraciət edib. Müraciətinə uyğun olaraq, üz-çənə cərrahı Elçin Mehtiyevin müayinəsində olub. Həmçinin xəstənin üzərində dəri altı vəzin xaric olunması əməliyyatı icra edilib.

Əməliyyat uğurla icra olunub və xəstəyə baxış keçirilərək evə buraxılıb.

Qeyd olunan şikayətlə bağlı Sabunçu Rayon Prokurorluğu və aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılıb və vətəndaşın şikayətinin əsassız olduğu sübut edilib." (Moderator.az)

Redaksiyadan: İzləyicilərimizin sağlamlığını və hisslərini nəzərə alaraq, şikayətçi xəstənin fotolarını təqdim etmirik.

Son xəbərlər

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Bütün xəbərlər