gundem / hadise / bolge / Cəmiyyət
23.03.2024, 10:45
Xankəndidə silah - sursat aşkarlanıb
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.
"dogruxeber.tv" bildirir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.



