Süni qiymət artımının qarşısını necə almalı?

Son zamanlarda bazarlarda və marketlərdəki qiymətlərdə bahalaşma müşahidə olunur.

dogruxeber.tv: - Heç şübhəsiz ki, bəzi məhsulların qiyməti süni şəkildə artırılır. Əlbəttə ki, bu da bəzi “işbaz”ların əli ilə baş verir. Xüsusilə bayram ərəfəsində bahalaşmanın şahidi oluruq.

Lakin, bayram ərəfəsində qiyməti yüksələn məhsulların əksəriyyəti bayramdan sonra da ucuzlaşmır. Bu isə alıcıları narahat edir.

Ümumiyyətlə, süni qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu gün bazarlarda meyvə-tərəvəzin qiyməti “od tutub yanır”:

"Hər gün qiymət dəyişikliyinin şahidi oluruq və insanları da bu qiymətlərə bir növ məcburən öyrəşdirirlər. Bəzən vitrinlərdə gördüyümüz qiymətin bir neçə gün sonra daha da bahalaşdığını görürük. Qiymətlərin yüksək olması isə sosial vəziyyəti ağır olanlar və işsizlər üçün çətin vəziyyət yaradır".
O bildirib ki, bəzi “işbaz"lar qlobal bahalaşmadan sui-istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar:

"Düzdür, bazarlarda rəqabət mühiti yaradılıb. Məhz biznes fəallığının qorunub saxlanılmasından istifadə edən sahibkarlar isə məhsulunu istədiyi qiymətə satır. Amma bu o demək deyil ki, sahibkar ürəyi istədiyi vaxt qiyməti süni şəkildə qaldıra bilər. Hesab edirəm ki, bunun qarşısı dövlət səviyyəsində alınmalı və qiymətlərə daimi nəzarət edilməlidir".

Ehtiram Mehdiyev qeyd edib ki, kəndlərdə kənd təsərrüfatı məhsullarının qiymətlər elə də baha deyil:

"Burada problem məhz “işbaz”ların bölgələrdən məhsulu ucuz qiymətə alıb, paytaxt bazarlarında yüksək qiymətə təklif etməsidir. Bu yaxınlarda bir sahibkarın tonlarla cücərmiş soğanın zibilliyə atdığını gördüm.

Belə sahibkarlar məhsulu vaxtında bazara ucuz qiymətə təklif etmək əvəzinə bir neçə ay saxlayıb daha baha qiymətə satmaq istəyirlər. Bunun qarşısını almaq üçün “Kənddən şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu məhsulları rahatlıqla əldə etsin".//siam.az

Son xəbərlər

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Bütün xəbərlər