gundem / hadise / bolge / Cəmiyyət
18.04.2024, 10:15
Xankəndidə qumbara və avtomatlar tapılıb
Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar.
Bu barədə “dogruxeber.tv”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.



