Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

dogruxeber.tv:- Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir”. M.Zaxarova Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.

Aydın məsələdir ki, Zaxarova belə bir açıqlama verməyə məcbur qalıb. Mümkündür ki, ona verilən sual da məhz ermənilərin nə vaxt, necə Qarabağa qayıdıcağaı ilə bağlı olub. Zaxarova da diplomatik tərzdə deyib ki, “Qərbi azərbaycanlılar nə vaxt qayıdarsa, o vaxt”.

Mariya Zaxarova yaxşı bilir ki, erməniləri Qarabağa qayıtmaq niyyəti yoxdur. Hətta bir çox erməni Ermənistanı tərk edib müxtəlif ölkələrə üz tutub. Ermənistan isə qalan ermənilərin demoqrafik faktorlar səbəbindən getməsini istəmir. Yəni ermənilərin Qarabağa qayıdışı bundan sonra olduqca çətindir və bu sırf özləri ilə bağlı təbii məsələdir.

Qərbi azərbaycanlılara gəldikdə isə bu gün təşkilatlanan və ata-baba yurdlarına qayıtmaq istəyən yüzlərlə insan var. Yəni bu gün Ermənistan Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planı bənzəri bir plan irəli sürsə Qərbi azərbaycanlılar daha aktiv və kütlələr halında qayıdar. Lakin Emrənistan bu məsələdə o qədər də maraqlı deyil. Zaxarova bütün bunları bilir və ona ünvanan sualdan yayınmaq üçün belə bir cavab verib.

Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası domino effekti yaratmış, Qarabağın işğalını mümkün etmişdı.Yəni Qərbi azərbaycanlılar deportasiya edilməsə idi Ermənistan onlarla hesablaşmalı olacaq, onların reaksiyasını nəzərə alıb işğaldan çəkinəcəkdi.

Gələcəkdə bənzər halların baş verməməsi, habelə sülhün əbədi və mütləq olması üçün Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı təmin edilməlidir. Zaxarova konkret buna dair nəsə deməsə də Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı Bakının strateji hədəflərindəndir. Bu məsləni İrəvan və Bakı gələcəkdə ikili danışıqlar ilə həll edə bilər.
Müəllif Politoloq Turan Rzayev,//siam.az

Son xəbərlər

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Bütün xəbərlər