Nikahların 56 faizi qohumlar arasında baş tutur — Qohum evliliyi qadağan olunur?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib ki, irsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. O, ikinci dərəcəli qohumlar arasında nikahın qanunla qadağan edilməsi təklifi ilə çıxış edib. Deputatın fikrincə, qohum evlilikləri ölkəmizin genefonduna böyük zərbədir: “Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəcəkmi? O qədər gözəl qanun var, amma işlək mexanizm yoxdur”, - T.Cəfərova qeyd edib.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, dünyada evliliklərin təqribən 20 faizi qohumlar arasında baş tutur. O, Demokrat.az-a açıqlamasında deyib ki, dünya əhalisinin təxminən 12 faizi fiziki məhdudiyyətli şəxslərdir:

“Bu da çox vaxt məhz qohum evliliklərindən dolayı baş verir. Qohum evliliklərindən dünyaya gələnlər arasında xəstə insanların olma ehtimalı daha çoxdur. Azərbaycanda təxmini 56 faiz qohum evliliyi var. Bu, əslində, böyük rəqəmdir. Düzdür, Azərbaycan daim ənənəvi cəmiyyət olub. Bəzən belə bir düşüncə olub ki, var-dövlət başqasına çatmasın, qohumla ailə qurmaq daha məqsədəuyğun hesab edilib. Ancaq bunun fəsadlarının fərqinə varmırdılar”.

Sosioloq qohum evliliyinin əhalidə cırlaşmaya gətirib çıxardığını diqqətə çatdırıb:

“Bunun qadağan olunub, olunmaması məsələsi bir qədər müzakirə olunmalıdır. Çünki bir tərəfdən bunu qadağan edəndə insan hüquq və azadlıqlarını pozmuş olacağıq. Digər tərəfdənsə bu məsələ həm də ictimai təhlükə yaradır. Yəni qohum nikahları cəmiyyətə fəsad verdiyinə görə hüquqi tənzimlənməsinə ehtiyac var. Əvvəlcə araşdırma aparılmaldır ki, Azərbaycanda qohum nikahlarının səbəb olduğu xəstəliklər həqiqətən də kritik səviyyədədirmi? Yox, əgər bu statistika kritik həddə deyilsə, cəmiyyətin təhlükəsizliyini, genefondunu, sağlamlığını təhdid edəcək səviyyədə deyilsə, sərt hüquqi tənzimlənməyə lüzum olmayacaq. Bu baxımdan yaxşı olar ki, ilk olaraq ilkin statistik qiymətləndirilmə aparılsın. Yəni uşaqların, yeniyetmələrin, ümumiyyətlə, əhalinin sağlamlıq vəziyyəti qiymətləndirilsin və daha sonra yaxın qohumlar arasında olan xəstəlik və qüsurlar müəyyənləşdirilsin”.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər