Tərbiyə ocağında tərbiyə beləmi olur ?

Hər şey təhsildən başlayır !

Bu sözün dəyəri özünü itirmək üzrə olsa da, mənası olduğu kimi qalır.

Bəli, bu gün rüşvət də, saxtakarlıq da, kobudluq da, çox təəssüf hissi və oxucularımızdan üzr istəyərək, bu siyahıya əlavə etmək məcburiyyətində qaldığımız tərbiyəsizlik də təhsildən başlayır. Baxmayaraq ki, məktəb təlim-tərbiyə ocağı sayılırdı.

Amma, bu gün qısa ətəkli, yaxası və arxası açıq geyimli, silikon dodaqlı, iri caynaqlı, bir-biri ilə kobud, təhqiramiz ifadələrlə danışan, həmçinin estetik əməliyyatlarının, baxımlı olmaq üçün üz tutduqları gözəllik salonlarının ödənişini müxtəlif bəhanələrlə uşaqlardan qoparan xanım müəllimlər bu cür işlərinə məsuliyyətsiz olmaqda, təhsil müəssisələrini gəlir mənbəyi kimi görməkdə davam edərlərsə Azərbaycan təhsilinin çox yaxın gələcəkdə "koma" vəziyyətinə düşəcəyi qaçılmazdır.

Sadaladıqlarımız yəqin ki, sizi təəccübləndirmədi. Əminik ki, evində azyaşlı övladı olmayanlar belə ən azından son vaxtlar sosial şəbəkələrdə bu cür hallara etiraz edən valideynləri görüntülərini izləyiblər.

Qeyd edək ki, bu kimi olaylar, hətta bir çox məktəbəqədər təhsil müəssisələrindən başladığı üçün, uşaqlar orta məktəbə tam "hərtərəfli hazırlıqlı" vəziyyətdə gedirlər. Biz də deyirik, "zəmanə uşaqları çoxbilmişdir". Hələ bir gəlsin çoxbilmiş olmasın, evdə valideynləri ilə birlikdə izlədikləri biyabırçı televiziya verilişləri, əxlaqsızlıq təbliğ edən seriallar, uşaq baxçasında, yaxud məktəbdə rüşvət yığan tərbiyəçilər, müəllimlər övladlarımızın elm öyrənmələrinə, tərbiyə və əxlaqlarına mənfi təsir edir.

Hələ dünyada iqtisadi böhranın hökm sürdüyü bir zamanda baxçadan, yaxud məktəbdən tələb olunan pulları tapıb verə bilmək üçün dəridən-qabıqdan çıxan valideynləri demirik.

"dogruxeber.tv" informasiya portalında ötən gün Beyləqan rayon Xalaç kənd orta məktəbində direktor Murad Məmmədovun məktəbdə özü üçün yaratdığı kiçik "xanlıq" barəsində məlumat vermişdik.

Korrupsiya tüğyan edən təhsil müəssisəsində ailə biznesi - VİDEO

Bu dəfə isə Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq baxçasındakı "özəl idarəetmə"dən bəhs edəcəyik.

İlk öncə onu qeyd edək ki, mövzunun girişində "tərbiyəsizlik" ifadəsini sözgəlişi işlətmədik. Redaksiyamıza göndərilən səs yazısında sözügedən 12 saylı uşaq baxçasında tərbiyəçilərin iş zamanı bir-biri ilə danışıqları yer alıb ki, onların işlətdikləri sözləri eşidəndə bu yaşda "əlimiz üzümüzdə qaldı". Özü də bu məlumatları redaksiyamıza göndərən mənbənin sözlərinə görə mübahisə yığılan pullar barəsindədir.

Pulların yığılması üçün isə məbləğ kimi səbəblər də müxtəlifdir. Kanalizasiya üçün, kserokopiya üçün, özəl günlərdə keçirilən tədbirlər üçün və sair. Hələ üstəlik baxçanın tibb bacısı da San Epidem stansiyadan tibbi arayış üçün pul yığır. Özü də bu arayışlar uşaqlar heç bir tibbi müayinədən keçirilmədən hazırlanır. Bizə göndərilər səs yazısında tibbi arayışları tibb bacısının həyat yoldaşının hazırlatdırıb hazır gətirdiyi bildirilir.

Pul yığmağın yollarını gözəl bilən və hətta bu "biznes"ə ailəsini də "ortaq" etdiyi deyilən tibb bacısı Məlikova İlhamə Təli qızının sən demə heç tibbi təhsili də yoxdur. Bildirilir ki, o, sadəcə bir neçə aylıq kurs keçib, vəssalam.

Əlqərəz...

Yuxarıda sadaladıqlarımız hələ uşaqlardan tələb olunan pullardır. Amma, həmin baxçaya yeni təyin olunan çoxillik stajlı müdür Zəminə İsayevanın böyüklərdən də "pul qoparmağın yollarının peşəkar yolçusu" olduğu daxil olan məlumatlar arasında əsas yer tutur.

Belə ki, redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, baxçadakı boş vakant yerlərini müdür Zəminə İsayeva məşğulluq mərkəzindən gizlədərək, özü müəyyən ödəniş qarşılığında satır.

Yeri gəlmişkən mənbə bildirir ki, hazırda Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq baxçasında 1,5 oklad təmizlikçi, 1 tam ştat tərbiyəçi vakansiyası mövcuddur. Lakin, biz "dogruxeber.tv" olaraq, qarşı tərəfin mövqeyini dinləmək məqsədilə Zəminə İsayeva ilə telefon əlaqəsi saxladığımızda, Zəminə xanım bunu təkzib etdi və vakansiya olmadığını bildirdi.

Qeyd edək ki, mənbənin sözlərinə görə adı çəkilən uşaq baxçasında bir xanım gözətçi işində işləyir. O, bir aydır ki, hazırda çalışdığı ağır iş (kişi işi) olan gözətçi işinin həmin müəssisədə təmizlikçi işinə dəyişdirilməsi üçün müdür Zəminə İsayevaya müraciət edib. Zəminə İsayeva isə boş vakant yerini gizlədərək, onun bu tələbinə qarşı qalmaqal yaradıb.

Səbəb olaraq isə mənbə, gözətçi işinə heç bir qadının getmək istəmədiyini, təmizlikçi işi üçün isə rüşvət verməyə hazır olan çox insanların olduğunu deyir.

Qeyd edək ki, yerli sakinlər bildirirlər ki, Zəminə İsayeva əvvəllər də Lənkəran şəhər 17 və 14 saylı uşaq bağçalarında də müdür vəzifəsində işləyib. İşində yol verdiyi nöqsanlara görə isə hər iki baxçada işindən azad edilib.

Atalar üçdən deyib...

Görünür, Lənkəran-Astara regional Təhsil idarəsi Zəminə İsayeva kimi hərtərəfli təcrübəli, peşəkar kadrı itirmək istəmir, ona görə də arabir "bığla saqqal arasında" yerini dəyişdirərək, onun "təcrübəsindən yararlanmağın ömrünü uzadırlar".

P.S: Yuxarıda qeyd olunan məlumatlarla bağlı mövqeyini öyrənmək üçün Zəminə xanım İsayevaya zəng etdik. Xanım gah, "mən bilirəm onu sizə kim deyib, amma doğru deyil" dedi, gah da israrla məlumatları verən mənbənin adını soruşdu.
Amma, yekun nəticə etibarilə təbii olaraq, məlumatları təkzib etdi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 837

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər