Cərrahiyyə Klinikasında “sığorta maxinasiyası” – GərayBƏYlinin sovet idarəetməsi

dogruxeber.tv: - Azərbaycanda səhiyyə sahəsində korrupsiya, yanlış idarəetmə və özbaşınalıqlar demək olar ki, zaman-zaman müzakirə olunur, amma təəssüf ki, çıxış yolu tapılmır. Ölkənin səhiyyə sistemi faktiki olaraq üç nazirliyin – Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin əlində girinc qalıb. Səhiyyə sisteminin yanlış idarəetməsi elə bir vəziyyət yaradıb ki, son illərin bu sahədə ən uğurlu islahatı sayılan sığorta sistemi iflic hala gəlib.

Sığorta sisteminin məqsədli, müxtəlif bəhanələrlə iflic edilməsi isə bir daha göstərir ki, Azərbaycan səhiyyəsi Afrikanın cəngəllik qanunları ilə idarə olunur. Sığorta sistemindən müxtəlif bəhanələrlə yayınan tibb ocaqlarından biri isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasıdır. Bu tibb müəssisəsi ilə bağlı şikayətlər demək olar ki, hər gün artır.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müavilə bağladığı tibb müəssisələri arasında olsa da, Gəray Gəraybəyli sözün həqiqi mənasında “köhnə bazara təzə nırx” qoyub. AzToday.az-a danışan vətəndaşlar deyirlər ki, göndərişlə Tədris Cərrahiyyə Klinikasına göndərilsələr də, onları dəfələrlə orada süni yollarla əlavə xərcə salıblar, müxtəlif analizləri sığorta paketinə aid etmədən onları soyublar. Bəzən isə hətta məlumatsız xəstələrə bu əməliyyat sığortaya düşmür deyə külli miqdarda pul alıblar. Bütün bu maneə və əngəllərin isə məhz Gəraybəylinin tapşırığı əsasında yaradıldığına şübhə yoxdur.

Bundan başqa, həkimlər buraya müraciət edən xəstələrə tibbi sığorta üçün heç bir göndəriş vermirlər. Hazırda Tədris Cərrahiyyə Klinikasında müalicə olunan xəstə yaxını deyir ki, onlardan bir həftə ərzində təkcə analizlərə və müayinəyə 470 manat pul alınıb, hələ əməliyyat üçün da 2800 manat ödəməlidirlər. Xəstə həkimlərdən isə icbari tibbi sığortaya göndəriş ala bilməyib. Çünki belə olan halda həkim ona xəstəyə baxmayacağını, başqa həkimə və ya xəstəxanaya müraciət etməsini tövsiyə edib.

Şikayət etmək istəyən xəstələrə isə “gedin Gəray Gəraybəyli ilə danışın” cavabı verilir. “Faktiki Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası Sovet dövrünün kolxoz qaydaları ilə idarə olunur, Gəray Gəraybəyli isə məhz bu kolxozun sədridir. Faktiki “pripiska” ilə məşğuldurlar. Bu adamların vətən, millət, insan anlayışları yoxdur, rüşvət bunların da qanına hopub”, – xəstə yaxını belə deyib.

Şikayətlərlə bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxlamaq olmayıb. Klinikanın rəsmi saytında isə direktor və baş həkim bölmələrində buranı kimin idarə etməsi əksini tapmayıb, yəni nə direktor var, nə baş həkim…

Səhiyyə Nazirliyi, TƏBİB isə burada baş verən rəzalətə susmaqda israrlıdır.//turantv.az

Oxunub: 517

Son xəbərlər

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

"Abşeron Lions" "Neftçi"ni məğlub edib

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzi yeni nəqliyyat vasitələri satın alır

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi

Gəncədə dəm qazından boğulub ölən və zəhərlənənlər var

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

Bütün xəbərlər