gundem / siyaset / dunya
27.06.2024
Müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü bu ilin sentyabr ayında Tbilisidə keçiriləcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili məlumat verib. Onun sözlərinə görə, görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s. məsələlərin müzakirəsi gözlənilir.



