Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

dogruxeber.tv” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Prezident İlham Əliyevin Fərmanına əsasən, bu gündən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir:

- sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası),

- sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası),

- dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası),

- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası).

Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

Yekun tibbi müayinə prosesinə hazırlıq məqsədilə Nazirlik tərəfindən yekun tibbi müayinə prosedurunun da rəqəmsal infrastrukturu qurulub. Bu da qeyd olunan prosedurun həyata keçirilməsində şəffaflığın və çevikliyin, obyektiv yanaşmanın təmin olunmasına xidmət edir.

Nazirliyin “Tibbi şəhadətləndirmə” altsistemi hazırlanaraq bu altsistemlə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumların informasiya bazalarının inteqrasiyası, elektron məlumat mübadiləsi imkanları təmin edilib.

Müayinə ilə bağlı məlumatlar müvafiq qurumlardan həmin altsistem üzərindən qəbul edilərək toplanır və yekun müayinələrin nəticələri bu altsistemə daxil edilərək rəsmiləşdirilir. “Vətəndaş qəbulu” altsisteminin tənzimlənərək “Tibbi şəhadətləndirmə” altsisteminə avtomatik inteqrasiyası təmin edilib.

Yekun tibbi müayinələrin həyata keçirilməsi üçün DTSERA-nın müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi də yaradılıb.

Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işləri də aparılıb, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması qaydası Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Habelə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilərək, hərbi xidmətə çağırılanlarla bağlı tibbi müayinələrdə qabaqcıl dünya təcrübəsinə uyğun yeni meyarlar müəyyən olunub.

Müayinə prosesində iştirak edəcək DTSERA və digər müvafiq qurumların əməkdaşları üçün təlimlər keçirilib və yekun tibbi müayinə sahəsi üzrə müvafiq bilik və bacarıqlara malik mütəxəssis heyəti formalaşdırılıb.

Yekun tibbi müayinə proseduru aşağıdakı kimidir:

- Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş (Forma 44) daxil edilir.

- Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.

- Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir.

- Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər