Keçmiş müdirin heç yerdə eşitmədiyiniz İLGİNC SƏS YAZISI ... - VİDEO

Səs yazısı yayılan bağça müdiri barəsində araşdırmalarımız davam edir.

"dogruxeber.tv" bildirir ki, Xırdalan şəhər 17 saylı körpələr evi - uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın barəsində ilginc məlumatlar əldə etmişik.

Xatırlayırsınızsa, hazırda Digah qəsəbəsində yerləşən 6 saylı uşaq bağçasında müdür işləyən Fəranə Məhərrəmovanın özünə yaxın olmayan işçiləri sıxışdırdığını, onlara süni problemlər yaradaraq, işdən getmək qərarı verənə qədər sözün əsl mənasında bezdirildiyi, hətta bu üsulla təsərrüfat müdiri Leyla xanımı işdən çıxmağa vadar etdiyi barəsində ötən yazılarımızda, eləcə də "Kanal14"də canlı yayımlanan "Kamalın zamanı" proqramında bəhs etmişdik.

Baxça müdirinin etirafları - SƏRVƏTLƏRİNİ sayır // VİDEO

Səs yazısı yayılan bağça müdürü barəsində daha bir şikayət - VİDEO

Eyni zamanda, bu barədə canlı efirdə zəng edərək, Fəranə Məhərrəmovanın mövqeyini də dinləmişdik. Özünü "aydan arı, sudan duru" çıxarmağa çalışan bu xanım daxili nəzarətin onun işində "iynənin ucu qədər" nöqsan tapa bilmədiyini demişdi. Amma, Xırdalan şəhər 17 saylı uşaq bağçasının da, Digah qəsəbəsi 6 saylı uşaq bağçasının da keçmiş müdirləri Günay Hacıyeva və Arzu xanımın barəsində sərt ittihamlar irəli sürmüşdü.

Qeyd edək ki, Fəranə Məhərrəmovanın sözügedən bağçada iki il müdür işlədiyi müddətdə özünə iki ev, bahalı avtomobil, Saray qəsəbəsində 17 sot torpaq sahəsi aldığını iddia etdiyi Günay Hacıyevanın da onun kimi sadəcə yeri dəyişdirilərək, Novxanı qəsəbəsindəki bağçalardan birinə müdür təyin olunması barəsində məlumat almışıq.

Həmçinin, əvvəllər Günay Hacıyeva ilə çox yaxın rəfiqə olduğu deyilən Fəranə Məhərrəmovanın yaxın qohumunun yüksək vəzifədə - dövlət qulluğunda çalışdığı və məhz onun Fəranə xanımı qanunlardan "mühafizə etdiyi" barəsində bəzi məlumatlar, eləcə də xanımın başqa səs yazılarını da əldə etmişik.

Hansı ki, həmin səs yazılarından birində Fəranə Məhərrəmova bağçada "fond pulu" yığılması və öz hesablarına görüləcək işlər barədə bəzi məsul şəxslərin də məlumatlı olduğunu deyir.



Yeri gəlmişkən, Fərana Məhərrəmovanın qızlarının adına olan özəl uşaq bağçaları və səs yazısı yayılan kimi sirli şəkildə yoxa çıxan, xaricdən üç aya sifarişlə gətizdirilən həmin "Mersedes GL" markalı avtomobili barəsində də ilginc məlumatlar əldə etmişik. Halbuki, Fəranə xanım canlı yayımda bütün bunları Günay Hacıyevanın barəsində dediyini və səs yazısının kəsilib, montaj edilib onun özü barəsində danışırmış kimi təqdim edildiyini iddia edirdi.

Bütün vurğuladığımız məlumatlar barəsində daha ətraflı açıqlamaları və qeyd etdiyimiz səs yazılarını növbəti yazımızda təqdim edəcəyik.

Diqqətiniz bizdə olsun !

Mövzunu davam etdirəcəyik.

dogruxeber.tv

Son xəbərlər

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Bütün xəbərlər