gundem / Təhsil / Cəmiyyət
23.07.2024, 18:00
DİM İdarə Heyətinə sədr edildi - SƏRƏNCAM
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 1994-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini, 2000-2016-cı illərdə Komissiyanın sədri, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri olub.



