“Neftçi”nin yeni legioneri İslam dinini qəbul edib

Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlaşan “Neftçi” almaniyalı futbolçu Robert Baueri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. O, “ağ-qaralar”ın heyətində 23 nömrəli formanı geyinəcək.

"dogruxeber.tv" xəbər verir ki, futbolçu karyerasına 2014-cü ildə ölkəsinin “Karlsrue” kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini “İnqolştadt” (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında “Verder” klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il “ağ-yaşıllar”ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının “Əl-Tai” kollektivi olub.

R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

“Neftçi”nin yeni legioneri İslam dinini qəbul edib

Bauer İslam dinini necə qəbul edib?

QOL.az-ın məlumatına görə, Bauerlə bağlı maraqlı məqam onun İslam dinini qəbul etməsidir. Futbolçu bu haqda ictimaiyyətə 2023-cü ilin senyabrında açıqlama verib.

Özü xristian ailəsində doğulan Bauer həyat yoldaşının ailəsi sayəsində İslam dinini qəbul edib. O, indiki həyat yoldaşı Roşi ilə Birləşmiş Ərəb Əmirlilərində tətil zamanı tanış olub. Roşinin atası Tanzaniyadandır, anası isə fars-türk mənşəlidir. Cütlüyün hazırda 4 övladı var.

“Mənə yazan hər kəsə müraciət edirəm. Mən həyat yoldaşımın və onun ailəsi sayəsində İslam dininə keçirəm” – deyə futbolçu İslamı qəbul edərkən özünün İnstaqram hesabında yazıb.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər