gundem / Cəmiyyət
27.07.2024, 15:45
Parlament seçkilərinə görə bu qədər seçki bülleteni çap ediləcək
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
Seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.



