İki xəstəxananın bir  "şərikli xəstə"sinin  dramı... -  VİDEO

Dünya hətta ürəkköçürmə əməliyyatını belə uğurla həyata keçirəcək qədər inkişaf etdiyi bir vaxtda, Azərbaycan səhiyyəsində sağ ayağın yerinə sol ayağı kəsən, öz səhvinə görə binəva xəstənin iki ayağını da kəsib ömürlük şikəst edən, yüngül ağrı ilə müraciət edən sağlam insanları Ağcabədi rayon Avşar kənd sakini Alimə Rəfiyevanın bir qızı və iki nəvəsi kimi sağalmaz xəstəliyə yoluxduran, balaca bir şiş üçün, xərçəng diaqnozu qoyan və bu diaqnoza görə müalicələr tətbiq edib, insanların sözün əsl mənasında evini yıxan xəstəxana və həkimlərin sayı artdıqca artır. Çünki, əsas üstünlük maddi qazanca verilir. Aidiyyatı qurum üçün vacib olan insan həyatı yox, gəlirin çox olmasıdır. Əgər belə olmasaydı "Bi-Es" VİP estetik mərkəz kimi mərkəzlər, orada çalışan Günel xanım kimi özünü kosmetoloq kimi insanlara sırıyıb həm pulunu, həm sağlamlığını əllərindən alanlar, "Modern" və "Memorial" hospitalları kimi insan həyatı ilə şərikli alver edənlər bu qədər sərbəst şəkildə arta, yaxud insanlara ziyan vura bilməzdilər.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Sabunçu rayon sakini Vüsalə Əliyeva adlı xanım redaksiyamıza müraciət edərək, Modern və Memorial hospitalın ona və ailəsinə çox böyük maddi və mənəvi ziyan vurduğunu bildirib.

Vüsalə xanım "dogruxeber.tv"a ünvanladığı ərizəsində yazır ki," Ötən ilin noyabr ayında 19 yaşlı qızım Leyla Məhərrəmlinin sağrı nahiyəsindəki anadangəlmə xalında ağrılar yarandığı üçün "Modern" hospitala müraciət etdik. Orada xalı USM müayinəsi etdilər və bizi Elvina Səlimova adlı həkim-proktoloqun yanına göndərdilər. Elvina Səlimova müayinə cavabına baxdı və bildirdi ki, "Xalı götürmək lazımdır".

Elə həmin gün Elvina xanım özü mənim qızımı təcili yardım otağına aparıb neştərlə xalı açdı.

Qeyd edim ki, qızım ağrı hiss etdiyi üçün ona ardıcıl 9 ədəd novakain iynəsi tətbiq edildi. Hətta, buna rəğmən ağrını güclü hiss etdiyi üçün Leyla huşunu itirdi. Belə olan halda bəzi dərman preparatları ilə onu ayıldıb, yenidən əməliyyatı davam etdirdilər. Yara açıldıqdan sonra məlum oldu ki, xalın altında kütlə var imiş. Elvina Səlimova onu mənə verib, Memorial hospitalda əkdirib, bədxassəli olub-olmadığını aydınlaşdırmağımı məsləhət gördü.

Biz belə də etdik.

Amma, bir neçə gün gün sonra Memorial hospitalın verdiyi cavab övladıma da, mənə də, bütün ailəmə də vurulan ən ağır, sarsıdıcı zərbə oldu.
Cavabda qızımın xərçəng xəstəsi olduğu yazılırdı.

Bu cavab deyildi, ailəmizi mənəvi olaraq məhv edən yazılı material idi...

Xəbərin şoku ilə bir müddət özümüzə gələ bilmədik.

Sonra, bir neçə fərqli xəstəxanalarda qızım müayinə edildi və məlum oldu ki, sən demə Elvina Səlimovanın bizi göndərdiyi Memorial hospital yanlış diaqnoz veribmiş.

Amma, nə yazıq ki, qızıma bu yanlış diaqnoza görə Leylaya hüceyrə iynəsi belə vuruldu, bəzi müalicələr, lazımsız müayinələr, şüalı aparatlar və sair tətbiq edildi. İndi qızım da, özüm də o, zaman yaşadığımız travmanın təsiri səbəbilə əsəblərimizi sakitləşdirmək üçün müalicə alırıq."



Bəli, bu, müraciətçinin ironiya ilə" qəssabxana" adlandırdığı iki özəl xəstəxananın - Modern və Memorial hospitalların bir gənc qızın və ailəsinin ömrünə "balta vuran" yanlışı idi və nə yazıq ki, bu hadisə sözügedən hospitalda yaşanan yeganə yanlışlıq da deyilmiş. Özünü Vüsalə Əliyevaya hospitalın direktoru kimi təqdim edən Füzuli adlı şəxs ona giley edən xanımla söhbəti zamanı, artıq ikinci dəfə eyni hadisənin baş verdiyini deyib.

Bu isə o, deməkdir ki, hələ özlərinin etiraf etdiyinə görə, artıq ikinci insana yaşarkən ölümü dadızdırıblar.

P. S: Qarşı tərəf olaraq, Modern hospitalda Leylanı təcili yardım otağında əməliyyat edən həkim-proktoloq Elvina Səlimova ilə telefon əlaqəsi saxladığımızda xanım biraz da səsinin tonunu qaldıraraq, güya həkim adına xələl gətirilməsinə görə gah məsləhətilə "ömrünə balta vurduğu" Vüsalə Əliyevanı, gah da əgər məsələni ictimailəşdirərsək bizi məhkəmə ilə təhdid etdi. Amma, hörmətli Elvina xanım, sizin həkim adınıza xələl gətirən nə bizik, nə də başqa özəl xəstəxanaya göndərərək, "yeddi ilini geri atdığınız" Vüsalə xanım. Həkimlərin müxtəlif firma və özəl xəstəxanalarla qurduqları "gəlirli əlaqələr" bəzən pasiyentlərin sağlamlığını məhv edir, özlərinin də karyerasını.

Memorial hospitalın açıqlamasına gəldikdə isə, təbii olaraq bu barədə verəcək cavabları olmadı. Özünü müəssisənin direktoru kimi təqdim edən Füzuli adlı şəxs hüquqşünasın bizimlə əlaqə saxlayacağını deməsindən artıq iki həftə keçib.

Qeyd: Məsələ ilə bağlı tərəfimizdən aidiyyatı üzrə Səhiyyə Nazirliyinə rəsmi sorğu göndərilib.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər