gundem / Təhsil / dunya / Cəmiyyət
17.09.2024
Narinin ölüm səbəbi bəlli oldu
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra yaşadığı kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir. Aparılan ekspertiza çərçivəsində 8 yaşlı Narin Güranın ölüm səbəbi məlum olub.
"dogruxeber.tv" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Narinin boğazı sıxılaraq öldürüldüyü bildirilib.
Qeyd edək ki, aparılan istintaq çərçivəsində 11 nəfər həbs edilib.



