İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

dogruxeber.tv: - "Sabunçuda Azərbaycan tarixində misli bərabəri olmayan biabırçılıq yaşanmaqdadır".

Bu barədə Dia-as.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalə müəllifi daha sonra yazır: "Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bir neçə aydır ki, yeni “yığım kampaniyası”na başlayıb. Rayon ərazisindəki bütün torpaqları son qarışına kimi sataraq 100 milyonlarla vəsait əldə edən Adil Vəliyev, bugünlərdə vətəndaşların əmlakına kütləvi şəkildə əl qoymağa başlayıb. Belə ki, həyət evlərində məskunlaşan, habelə torpaq üzərində yardımçı təəsrrüfatı, obyekti, qarajı olan şəxslərdən bu torpaq və obyektlərin sənədini tələb edən icra hakimiyyəti, sovet dönəmindən qalan sənədləri tanımadığını bildirib. Ələkbər adlı məmur-qoçunu yeni yığım kampaniyasına rəhbər təyin edən Adil Vəliyev, bəyan edib ki, artıq SSRİ mövcud olmadığı üçün sovet dövründə verilən bütün mülkiyyət şəhadətnamələri öz hüquqi əhəmiyyətini itirib. Buna görə də icra hakimiyyətinin həmin obyektləri qanunsuz tikili kimi sökmək, torpaq sahələrini isə müsadirə etmək hüququ mövcuddur.

İcra hakimiyyəti tərəfindən irəli sürülən bu absurd iddia vətəndaşların ciddi etirazına səbəb olub. Xüsusilə də, obyekti sökülən vətəndaşlar bunu xüsusi mülkiyyətə, eləcə də mülkiyyət azadlığına qarşı qəsd kimi dəyərləndirib. Vətəndaşlar qeyd edir, icra hakimiyyəti əlində sovet dönəminə məxsus mülkiyyət sənədi olan şəxslərə bildirir ki, söküntü və müsadirə prosesinin qarşısını almağın yalnız bir yolu var. Bu yol da vətəndaşın həmin ərazi və ya obyekt üçün icra hakimiyyətinə pul ödəməsindən keçir. Başqa sözlə desək, Sabunçu Rayon İcra Hakimiyyəti vətəndaşı sahibi olduğu torpaq və obyekti yenidən almağa məcbur edir ki, bu da vətəndaşın mülkiyyət hüququna təcavüzdən başqa bir şey deyil. Vətəndaşlar bütün əlaqədar qurum və yetkililəri Adil Vəliyevin qanunsuz əməllərinin qarşısını almağa çağırır və ümid edirlər ki, gec də olsa Sabunçu Rayon İcra Hakimiyyətinin biabırçılığının qarşısını almaq üçün əməli addımlar atılacaq".

Oxunub: 460

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər