Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək

“Jurnalistlər binası” kimi tanınan yaşayış binasının birinci mərtəbəsində yerləşən və müsadirə olunan obyekt oktyabr ayının 23-də 10-cu dəfə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.

"dogruxeber.tv" Yeniavaz.com-a istinadən xəbər verir ki, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 ünvanında yerləşən bu obyekt daha əvvəl 9 dəfə hərraca çıxarılsa da, alan olmayıb.

Qeyd edək ki, obyekt ilk dəfə 29 noyabr 2023-cü il tarixində açıq hərraca çıxarılıb. İlk hərracda obyektin ilkin start qiyməti 2 milyon 427 min 315 manat olub. Lakin, 676 kv. metr sahəyə malik obyekt satılmadığı üçün 28 fevral 2024-cü il tarixində keçirilən 3-cü hərracda 10% endirimlə (2 milyon 184 min 583,5 manat) satışa çıxarılıb. 1 aprel tarixində 25% endirimlə (1 milyon 820 min 486,25 manat) 4-cü dəfə hərraca çıxarılıb. Obyekt yenə satılmadığı üçün 3 may tarixində 50%-lik endirimlə (1 milyon 213 min 657,5 manat) 5-ci dəfə satışa çıxarılıb. Bundan sonra obyekt daha 4 dəfə hərraca çıxarılıb və qiymətində heç bir dəyişiklik olmayıb.

23 oktyabr tarixində 10-cu dəfə hərraca çıxarılacaq obyektin ilkin start qiyməti də dəyişməyəcək və 1 milyon 213 min 657,5 manatdan alıcılara təqdim olunacaq.

Məlumat üçün bildirək ki, hərraca çıxarılan obyekt ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi çərçivəsində müsadirə olunub. Obyekt “Jurnalistlər binası”nı tikən “Portos” MMC-yə məxsus olub.

“Portos” MMC-nin hazırda həbsdə olan icraçı direktoru Nadir Məmmədov məhkəmədə verdiyi ifadəsində bildirib ki, şirkətin təsisçisi Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun baldızı (həyat yoldaşının bacısı) Gülər Vəliyeva olub.
Onu da bildirək ki, hərraca çıxarılan obyektin divarında yer alan yazıdan da açıq şəkildə görünür ki, burada Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus “Kaspi Abituriyent” kursları fəaliyyət göstərib.

Son xəbərlər

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bütün xəbərlər