ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında aparılmış struktur dəyişikliyi bir sıra maraqlı məqamları özü ilə birlikdə gətirib.

"dogruxeber.tv"ın Oxu.Az-dan əldə etdiyi məlumata görə, 10 il əvvəl həmin təhsil müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq həbsə məhkum olunmuş Nurbala Süleymanov yenidən vəzifəyə təyin edilib.

ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?

2014-cü ildə N.Süleymanov məhkəmə zalında həbs olunub və səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Həbs müddətini başa vuran N.Süleymanov bundan sonra ADPU-nun Quba filialında kafedra müdiri vəzifəsini icra edəcək.

Məsələni dəqiqləşdirmək üçün Nurbala Süleymanovla əlaqə saxladıq.

O, saytımıza açıqlamasında bildirib ki, ADPU-nun Quba filialının Dəqiq və Təbiət Elmləri kafedrasına ictimai əsaslarla üç ay müddətinə müdir təyin edilib:

"Dərs yükü çox olduğu üçün məsul bir şəxs bu işi üzərinə götürməli idi. Tədris prosesini yaxşı bildiyim üçün ictimai əsaslarla, təcrübəmə görə bu məsuliyyət mənə həvalə olunub. Ancaq kafedra müdiri vəzifəsi seçki prosesi ilə olan məsələdir. Kafedra müdiri deyiləm. Üç aydan sonra seçkidə kim seçilər, artıq bilmirəm".

N.Süleymanov əlavə edib ki, 2015-ci il iyulun 24-də bəraət alıb və məhkumluğu üzərindən götürülüb:

"Üzərimdə məhkumluq olmadığı üçün mənə bu vəzifə müvəqqəti həvalə olunub".

Son xəbərlər

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Bütün xəbərlər