gundem / siyaset / dunya
4.10.2024
İran bu ölkələrin səfirlərini çağırdı
İran Xarici İşlər Nazirliyi Almaniya və Avstriya səfirlərini çağırıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir.
“Almaniya səfiri Markus Petzel və Avstriya səfiri Ditrix Heim fərdi qaydada Xarici İşlər Nazirliyinə çağırılıb”, - İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Ötən gün Almaniya və Avstriya xarici işlər nazirlikləri İranın İsrailə raket hücumları ilə bağlı İran səfirlərini XİN-ə çağırıb.



