Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

10 ilin ürək, şəkər, xəstəsinə TSEK-ə göndəriş verilməsindən imtina edilib.
dogruxeber.tv: - Ağsu rayonu, Pirhəsənli kənd sakini 62 yaşlı Xasayev Samir Alxan oğlunun son dörd-beş ayda onsuz da ağır olan sağlamlıq durumunun daha da ağırlaşmasına bağlantılı bütün qurumlar rahatsızlıqlarını ifadə etsələr də, bircə Şamaxı Həkim Məsləhət Komissiyası “qəssablıq” xidmətindən əl çəkmir. TƏBİB , ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ( DTSERA) və b. rəsmi məktublarla xəstənin əlilliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli göndərişin TSEK-ə göndərilməli olmasını bildiriblər. 2 aylıq süründürməçilikdən sonra Ağsu Mərkəzi Xəstəxanası , axırı, TƏBİB işə qarışandan sonra xəstənin sənədlərini Şamaxı Həkim Məsləhət Komissiyasına (HMK) göndərib. Hətta TƏBİB-dən yataq xəstəsinin oğluna zəng edib, Şamaxı HMK-da Pakizə adlı həkimə müraciət etməyi deyiblər. Yataq xəstəsini xərəkdə Şamaxıya apardıqda isə....
11 oktyabr 2024-cü ildə Şamaxı HMK xəstənin sənədlərini ( forma-88 saylı arayışı) ƏƏSMN tabeliyində DTSERA sisteminə vurmaqdan imtina edib.
Xəstənin oğlunun bildirdiyinə görə, Pakizə həkim susub, İslam adlı “məsləhətçi” hay-küy salıb ki, ixtisaslaşmış həkim rəyi yoxdur. Halbuki bütün sənədlər yerindədir və bunu Ağsu rayon xəstəxanası verdiyi göndərişində təsdiq edib. Sadəcə Ağsu xəstəxanası “Parkinson xəstəliyi”ni qeyd etməyi unudub, onu da ki, müəyyən etməyə ixtisaslı həkim rəyi gərək deyil, sadəcə gözlə görünür. Yəqin İslam adlı “məsləhətçi”nin və həmkarlarının şəkərdən gözləri tutulan xəstənin “Parkinson”un əlaməti olan əllərinin əsməsini görməyə vicdanları yol verməyib.

Ağsu RMX-nın 28.09.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz diabetik angiopatiya, diabetik retinopatiya, diabetik polinevropatiya, şəkərli diabet II tip orta ağır, ürək çatmazlığı, hipertoniya xəstəliyi II-III f/s, sabit gərginlik stenokardiyası II-III f/s göstərilib. Xəstə bu diaqnozları Topçubaşov adına klinik xəstəxanada, kliniki tibbi mərkəzdə, özəl xəstəxanalarda “qazanıb”, Şamaxı HMK-nın gözünü rüşvət-korrupsiya necə tutubsa, bu sənədləri də, xəstənin özünü də görmür. Bunların gördüyü yalnız rüşvət, korrupsiyadır. TƏBİB-dən zəng edilən nömrələrə isə geridönüş etmək olmur.

NK-nın əlilliyin müəyyən edilməsi meyarlarına görə, təkcə xroniki yüksək qan təzyiqi orqanizmin 80 faizindən çoxunun itirilməsi deməkdir və 1-ci
dərəcəli əlillik təyin etməyə əsasdır. Niyə Şamaxı HMK vəzifəsini vicdanla yerinə yetirmir , TSEK-ə göndəriş verməkdən imtina edir? Yəqin ki, TƏBİB
və hüquq mühafizə orqanları Şamaxı HMK-ya görəvini başa salarlar.

QEYD: Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!//TEREF

Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər