Vətəndaş əlillik dərəcəsini ALA BİLMİR... - GİLEY

dogruxeber.tv: - "Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 37, m. 23 ünvanında qeydiyyatda olan Bədəlov Zahidin 15 ilin şəkər, 10 ilin ürək, qan-damar, tənəffüs çatmazlığı xəstəsi olmasından son beş ildə mətbuatda da bilgilər yayımlanıb. Qarabağ qazisi ailəsinin üzvünə qarşı öncə tibbi qeydiyyatda olduğu 7 saylı poliklinika rüşvət özbaşınalığına yol verib və çeşidli bəhanələrlə TSEK-ə forma -88 göndərilməsindən imtina edilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Vətəndaş əlillik dərəcəsini ALA BİLMİR... - GİLEY


Məqalədə daha sonra bildirilir: "Hüquq mühafizə orqanlarının, Ombudsmanın işə qarışmasından sonra, axırı, 31.08.2020-ci ildə tibb müəssisəsi “ÜİX GƏRGİNLİK STENOKARDİYASI II F /S. AORTA KORONAR ŞUNTLAMA × 3 ƏMƏLİYYATINDAN sonrakı vəziyyət . QDÇ (qan dövranı çatmazlığı) ll dərəcə. HİPERTONİYA XƏSTƏLİYİ II MƏRHƏLƏ. ŞƏKƏRLİ DİABET TİP 2. KEÇİRİLMİŞ PLEVRİTDƏN SONRAKI VƏZİYYƏT” diaqnozu ilə ƏƏSMN tabeliyində TSEK -ə forma -88 göndərib. TSEK forma -88-i alan kimi NK-nın TSEK-ə aid olmayan 16.01.2020 tarixli 12 saylı qərarının 1.5.1 maddəsinə əsasən, anında “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” “səbəbi” ilə əlillik təyin olunmasından imtina edib. Halbuki, TSEK -ə aid olan qayda eyni -16.01.2020 tarixli 11 saylı NK-nın “Əlilliyin qiymətləndirilməsi Qaydası”dır . Niyə TSEK ona aid olan qaydanı yox, tibb müəssisəsinə aid olan qaydanı, özü də kobud qanun pozuntuları ilə tətbiq edir? Axı, vurğuladığımız kimi, NK-nın 16.01.2020 tarixli 12 saylı qərarı tibb müəssisəsinə aiddir və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nı tənzimləyir. TSEK-in işi isə daxil olan forma -88 əsasında NK-nın 30.12.2015 tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”yə uyğun olaraq əlilliyi qiymətləndirməkdir. II DƏRƏCƏ QDÇ (QAN DÖVRANI ÇATMAZLIĞI) XƏSTƏLİYİNİN ÖMÜRLÜK 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİK TƏYİNATINA ƏSAS VERMƏSİ də BU ƏSASNAMƏ İLƏ DOĞRULANIB. Bəs niyə TSEK ömürlük xəstənin “əlavə müalicəyə ehtiyacı olduğunu” bildirib özbaşınalıq edir? Vətəndaşın TSEK-in qərarından şikayət vermək hüququ NK-nın sözügedən qərarı ilə doğrulansa da, 16 aydır nə şikayətinə baxılıb, nə də şəkərdən gözünün tutulmasına. Heç yataqda əyani yoxlanılması haqqında ərizələrinə də indiyədək heç bir cavab verilməyib. Bircə Ombudsmana 2 ay qabaq bildirilib ki, yeni forma -88 göndərilməsindən sonra əlilliyin obyektiv qiymətləndirilməsi aparılacaq. Amma. .24 dekabr 2021-ci ildə 7 saylı poliklinikadan göndərilən forma -88 yenə də TSEK-ə aid olmayan “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” bəhanəsi ilə 27.12.2021-ci ildə “üzüqara” çıxıb. İndi 10 ilin ürək , qan-damar, şəkər, tənəffüs çatmazlığı, vərəm xəstəsi yenidən NK-nın qərarına uyğun olaraq TSEK-in imtina qərarının ləğv edilməsini və əyani müayinə olunmaq hüququnu tələb edir. Görəsən, tələbə yenə 16 aydan sonra “əlavə müalicəyə ehtiyacı var “ cavabı veriləcək?

Ümid edirik, ƏƏSM naziri və ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri 10 ilin ürək, 15 ilin şəkər xəstəsinin ömürlük xəstəliyinə diqqət göstərib, qanuni tədbirlər görəcəklər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər