Əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir

İnnоvаsiya və Rəqəmsal İnkişaf Agentliyi "digital.azerbaijan" brendi altında ölkədə rəqəmsallaşmanın genişlənməsini və müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan rəqəmsal xidmətlərin istifadəsini təşviq etməyə davam edir.

"dogruxeber.tv[b][/b]" xəbər verir ki, bu xidmətlər və təşəbbüslər ölkədə rəqəmsal keçidin sürətlənməsinə və vətəndaşların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət xidmətlərindən rahat və rəqəmsal formada yararlanmasına dəstək verir.

Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan növbəti belə xidmət vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat prosesini tam rəqəmsal formada həyata keçirirlər. Bu xidmətdən istifadə etməklə əcnəbilər ölkəyə gəlişləri zamanı heç bir fiziki məkana getmədən onlayn şəkildə olduqları yer üzrə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) Dövlət Miqrasiya Xidmətinin elektron portalına daxil olaraq müraciət etməlidir. Belə ki, https://e-regv2.migration.gov.az/Unregistered/Application linkinə keçid etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ad, soyad, sərhədkeçmə sənədi, qeydiyyat ünvanı və qəbul edən tərəf barədə məlumatları qeyd edərək asan qaydada olduğu yer üzrə qeydiyyata alına bilərlər.

Qeydiyyat prosesi zamanı yaranan suallar Xidmətin 24 saat 3 dildə fəaliyyət göstərən 919-Çağrı mərkəzi tərəfindən operativ şəkildə cavablandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

Bu rəqəmsal yanaşma, həm əcnəbilər üçün, həm də dövlət qurumları üçün prosesləri sadələşdirir, vaxt və resurslara qənaət etməklə daha səmərəli xidmət göstərilməsinə imkan yaradır.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər