gundem / sosial / hadise / video / Səhiyyə / ustxeber / Cəmiyyət
16.11.2024
Azərbaycan səhiyyəsi "sağalmaz xərçəng xəstəliyinə tutulub" - Səhiyyəmiz təbib axtarır // VİDEO
Türkiyəlilər demişkən, "al birini, vur obirinə".
dogruxeber.tv: - Oktay Şirəliyevin rəhbərliyi dövründə Səhiyyə Nazirliyinin fəaliyyətimi deyək, fəaliyyətsizliyimi deyək hər kəsi narazı salmağa yetəcək qədər pik həddə çatdığını hamımız xatırlayırıq.
Barəsindəki çoxsaylı şikayətlər, təkbaşına aksiyalar, tənqidlər və sair nəhayət ki, Şirəliyevin ağalığına son verdi.
Söz yox ki, o, elədiklərinə görə qanun qarşısında cavab vermək yerinə, Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsi ilə mükafatlandırıldı.
Amma, onun yanında mühüm vəzifələrdən birini tutan Teymur Musayevin nazir postuna təyinat alması cəmiyyətin fikrini biraz haçalandırmış oldu.
Teymur Musayevin taxta çıxmasından sonra bir müddət səhiyyəmizdə sanki "atəşkəs" oldu. Ardından yaradılan yeni qurum - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Ramin Bayramlı qalmaqalları ilə təşrif buyurdu. Qısa müddət sonra Ramin Bayramlı ağalığı da Vüqar Qurbanov ilə əvəz edildi.
Əvvəllər narazı vətəndaşlar şikayətini bildirmək üçün bir ünvan - Səhiyyə Nazirliyini bilirdilərsə, indi o, da problem olub. Camaat bilmir ki, dərdini kimə desin, TƏBİB-ə yoxsa səhiyyəyə?
Görünür sözdə səhiyyəmizin inkişafı məqsədilə birlikdə fəaliyyət göstərən hər iki qurum səhiyyə sahəsindəki mövcud problemləri görməzdən gəlirlər ki, vətəndaş şikayətləri hər gün artmaqda davam edir.
"dogruxeber.tv" olaraq Tibb Universitetinin Onkoloji klinikasında qeydiyyat üçün 5 manat, cərrahi əməliyyat üçün müxtəlif məbləğlərdə pul tələb edilməsindən, Tədris Cərrahiyyə institutunda Alimə Rəfiyevanın pulunu alıb, üstəlik qızını və iki nəvəsini qanköçürmə yolu QİÇS-ə yoluxdurulmasından, şəhid xanımının incidilməsindən, Sabunçu rayon sakini Vüsalə Əliyevanın övladının Modern Hospitalda göstəriş olmadan, qeydiyyatsız əməliyyat edilməsindən, Memorial hospitalda səhvən onun övladına xərçəng diaqnozu qoyulmasından, tibbi təhsili olmadan özünü həkim-kosmetoloq kimi təqdim edərək, xanımın səhhətində ciddi fəsadlara səbəb olan preparatlar istifadə edən Günel adlı xanımdan və buna dəfələrlə rəsmi sorğular göndərməyimizə rəğmən Səhiyyə Nazirliyinin hansısa səbəblərdən göz yummasından və sair bəhs etmişik. Amma, nə yazıq ki, sözügedən sahədəki problemlər bununla bitmir. Çünki, aidiyyatı qurumlar problemlərin kökündən həlli istiqamətində tədbir görmək yerinə, susmağa və görməməyə üstünlük verirlər.
Nazirlik vətəndaş müraciətindən hansı maraqları güdür? - FOTO+VİDEO
"Dərə xəlvət, tülkü bəy" - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO
Pul, yoxsa insan həyatı? - Sual sizədir, cənablar ! // VİDEO + FOTO
İki xəstəxananın bir "şərikli xəstə"sinin dramı... - VİDEO
Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!
"Səhiyyə biznesi"nin fəsadları ... - DƏHŞƏT !!!
Belə olmasaydı faktları, səs yazılarını, yazışmaları belə təkrar-təkrar təqdim etdiyimiz, sosial mediada bu barədə çoxsaylı məlumatlar yer aldığı halda Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində müayinələr üçün bu gün vətəndaşlardan pul tələb edilməzdi.
"Pulunu ver, pensiyanı al" - Bu tibb müəssisəsi "ödənişli kömək" təklif edir
Bu göz klinikasında rüşvəti yığanlar və mənimsəyənlər...
Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO
Demək ki, onlara çəkinmədən bu cür çalışmağa cəsarət verən işlərini itirməkdən və tərəfindən cəzalandırılacaqlarından qorxmalı olduqları qurumun özüdür.
Biz deyirik, yazırıq, rəsmi şəkildə göndəririk... Heç nə dəyişmir ki, dəyişmir.
Necə deyərlər, "dəyirman öz işində, çak-çak baş ağrıdır".
Yenə bu sahə öz ampluasındadır.
Bir izləyicimiz yazır ki, "Sumqayıt şəhər mərkəzi xəstəxanasına getdim, mənə dedilər," hazırlıqlı gəlmisən?", yəni pulum varmı deyə soruşdular.".
Digər, izləyicimiz yazır ki, Beyləqan Rayon Mərkəzi xəstəxanasında iynəni xadimlər vurur, savadlı tibb bacısı yoxdur" və sair.
Ağciyər Xəstəlikləri institutunda isə insanlar "qan ağlayır" ki, "bir sistemi 10 manata köçürürlər. Xəstələrə baxmırlar. Xəstələrin kontrolda saxlanmalı olan təzyiqləri, şəkərləri ölçülmür. Nəzarət yoxdur. Palataya görə hər gün 5 manat tələb olunur" və sair.
Biyabırçılığa baxın ki, dövlət əmlakı olan səhiyyə müəssisələrində palatalar sanki kirayə verilir, xidmət də ki, sanki otel xidmətidir - ödənişli.
Qeyd edək ki, bu sözügedən səhiyyə müəssisəsi barəsində birinci narazılıq deyil, görünür heç sonuncu da deyil. Dəfələrlə, "yerimiz yoxdur" deyib qəbul etmədikləri xəstədən müəyyən qədər məbləğ alındıqdan sonra "yer tapılması", dövlətin ödənişsiz verdiyi dərman preparatlarının onlardan, "yoxdur" deyib gizllədilməsi barəsində məlumatlara sosial şəbəkələrdə hamımız rast gəlmişik. Bu kimi problemlər artıq insanların səbrini tarıma çəkib ki, daha dözməyib gördüklərini lentə alaraq aidiyyatı qurumlara çatdırmağa çalışırlar. Amma, kaş ki, bir faydası olsa...
İmişli rayon sakini deyir, "xəstəxananın həyətində 4-5 təcili yardım avtomobili dayanıb, zəng edirik, gəlmirlər ki, həkimimiz yoxdur. Xəstəmizi qucağımızda gətirmək məcburiyyətində qalırıq".
Göyçayda isə təcili yardım maşını "mikroavtobus" kimi fəaliyyət göstərir. Bir neçə xəstəni toplayıb, sonra gedib, yığıb gətirir.
Görəsən, dünya bizdəki bu inkişafa da həsəd aparırmı?!
Allah rəhmət eləsin böyük şair Mirzə Ələkbər Sabirə.
Belə yerdə deyir:
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərdmərdlərik, nərlərik,
İş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyd edək ki, Vüsalə Əliyevanın müraciətlərilə bağlı Səhiyyə Nazirliyinin hələ də Memorial və Modern Hospitalları, eləcə də Elvina Səlimova və Günel xanımın barəsində heç bir tədbir görməmə səbəbi müəmmalı olaraq qalır. Odur ki, bu həftə yenidən rəsmi sorğu göndərdik.
Veriləcək cavab və görüləcək tədbirlər barəsində məlumatları diqqətinizə çatdıracağıq. Təbii ki, əgər tədbir görülsə...
Mövzuya qayıdacağıq.
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
dogruxeber.tv



