gundem / dunya
7.12.2024
Tramp Baydenə zəng edib
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ötən həftə hazırkı ABŞ lideri Co Baydenə zəng edib.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
"Söhbətdən xəbərdar olan iki nəfər bildirdi ki, Tramp Baydenə Şükranlıq Günü münasibətilə təbrik üçün zəng edib", - nəşrdə qeyd olunur.
Bildirilib ki, Tramp və Bayden arasındakı telefon danışığı qısa və məzmunsuz olub.



