ABŞ Əsəd rejimini devirmiş üsyançılarla ilk təmasını qurdu - Ağ Ev nə istəyir?

Ağ Ev Suriya Prezidenti Bəşər Əsəd rejimini devirmiş üsyançılarla ilk təmaslarını qurub və onları inklüziv keçid hökumətinin yaradılmasına çağırıb.

"dogruxeber.tv" bu barədə Reuters agentliyinə istinadən məlumat verir.

ABŞ üsyançılara hakimiyyəti rəsmi proses olmadan avtomatik şəkildə ələ keçirməmələri və daha təmsilçi bir keçid hökuməti yaratmaları üçün çağırış edib.
Əlaqələr "Hayat Təhrir əş-Şam" qrupu ilə qurulub. Bu qrup əvvəlcə Əl-Qaidə ilə əlaqəli olub və ABŞ-ın terror siyahısına daxil edilib. Təmaslar ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri, xüsusən Türkiyə ilə koordinasiya şəklində həyata keçirilib.

Ağ Ev bu məsələdə eyni zamanda ABŞ-ın keçmiş Prezidenti Donald Trampın komandasına da məlumat verib.

Vaşinqtonun məqsədi Suriyada müxtəlif maraq qrupları ilə əlaqə saxlamaq və Əsəd rejiminin süqutundan sonra xaosun qarşısını almaqdır.

ABŞ üsyançılara mesajı birbaşa və ya vasitəçilər aracılığı ilə çatdırıb.

ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ yalnız müəyyən şərtlər daxilində Suriyada yeni hakimiyyəti tanıyıb dəstəkləyə bilər.

ABŞ Konqresindən bəzi üzvlər üsyançılara qarşı tətbiq olunan sanksiyaların müəyyən şərtlərlə qaldırılmasını tələb ediblər.

ABŞ-ın rəsmi nümayəndələri dəfələrlə bəyan ediblər ki, onlar Suriyanın şimal-şərqində İŞİD-ə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətindədirlər. Məqsəd hakimiyyət boşluğunda bu qruplaşmanın güclənməsinin qarşısını almaqdır.

Vaşinqton, eyni zamanda, İranın dəstəklədiyi qruplaşmaların Suriyada təsirini artırmasının qarşısını almaq istəyir.

Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı vəziyyət 19 dekabr tarixində keçiriləcək Aİ liderlərinin sammitində müzakirə olunacaq.

13 dekabrda isə G7 liderlərinin virtual sammitində Suriya ilə bağlı vəziyyət nəzərdən keçiriləcək.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər