gundem / dunya
11.12.2024
Suriyanın yeni hakimiyyəti Rusiya bazalarının taleyini həll edəcək
Suriyanın yeni hakimiyyət orqanları bu ölkədəki Rusiya hərbi bazalarının taleyini nəzərdən keçirəcək.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, bunu suriyalı siyasətçi Məhəmməd Alluş deyib.
“Hərbi bazalara gəlincə, bu, Suriya dövlətinin suveren qərarıdır və məsələ mütləq xalqın, eləcə də Rusiyanın maraqları baxımından nəzərdən keçiriləcək”, - deyə o qeyd edib.
Suriyanın Tartus şəhərində Rusiyanın hərbi dəniz bazası, Latakiya şəhərində isə aviabazası yerləşir.



