"Moon Kids" uşaq bağçasının müdiri 428 min manatlıq dələduzluqda təqsirli bilinir

Külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın ilkin məhkəmə iclası keçirilib.

"dogruxeber.tv"ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib. Məlum olub ki, Havvaxanım Rüstəmova 428 min 371 min manat məbləğində dələduzluq edib. İttiham aktı elan edildikdən sonra hakim təqsirləndirilən şəxsdən özünü təqsirli bilib-bilməməsini soruşub. Havvaxanım Rüstəmova özünü təqsirli bilməyib.

Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib. Dövlət Sosial Müdafiə Fonduna 37 min manat ziyan dəyib. Zərərçəkən şəxslərə dəymiş ziyanın 90 faizi ödənilib.

Məhkəmə prosesi yanvar ayının 27-nə təyin edilib.

Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq dələduzluqda ittiham olunur. Həmçinin ona Baş Prokurorluğun Korrupsiyaya qarşı Baş Mubarizə İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də cinayət işi başlanıb.

Onun direktoru olduğu “Moon Kids” Uşaq Bağçasının da fəaliyyəti dayandırılıb. Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.

Oxunub: 386

Son xəbərlər

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Bütün xəbərlər