Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ!

1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcəkdir. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır:

"Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan Respublikası vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan Respublikası vətəndaşının özü tərəfindən edilə bilər. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan Respublikası vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan Respublikası vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

Azərbaycan Respublikası vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər.

Azərbaycan Respublikası vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

- Azərbaycan Respublikası vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;

- Azərbaycan Respublikası vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;

- qəbul edən tərəfin Azərbaycan Respublikası vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

Azərbaycan Respublikası vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər.

Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan Respublikası vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir. Azərbaycan Respublikası vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşları Rusiya Federasiyası ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan Respublikası vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan Respublikası vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır".

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər