Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir?

Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təqdim edilən qidalar valideynləri maraqlandıran əsas məsələlərdən biridir. Övladını bağçaya göndərməyi düşünən şəxs ilk olaraq həmin müəssisənin qida rasionu barədə fikirləşir. Cavabını axtarıdığımız əsas sual da elə həmin qidalanma rejminə nəzarətlə bağlıdır.

Məktəbəqədər tədris müəssisələrində qidalanma necə tənzimlənir?

"dogruxeber.tv" xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır:

"Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritetlərimizdəndir. Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır.

Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların iş saatlarına görə təmin olunur".

Agentlikdən qeyd edilib ki 2023-cü ildən etibarən paytaxt və bir sıra bölgələr daxil olmaqla, 446 bağçada qidalanma ilə bağlı pilot layihə icra edilir:

"Layihə çərçivəsində qidalanma prosesi vahid menyu əsasında təşkil olunub. Layihəyə əsasən, qidalanma prosesi bir neçə formada həyata keçirilir. Belə ki, bir sıra məktəbəqədər təhsil müəssisələrinə isti yeməklər özəl şirkətlər tərəfindən çatdırılır. Əksər bağçalarda isə yeməklər məhz müəssisənin özündə hazırlanır.

Bildiririk ki, mövcud normalara əsasən, zülal, karbohidrat, mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulan qidalara görə tənzimlənir. Uşaqların hansı qidalara allergik olmaları ilə bağlı valideynlərlə dəqiqləşdirmələr aparılır və qidalanma zamanı bu amillər nəzərə alınır. Kənardan qidanın gətirilməsinə icazə verilmir və bağça heyəti bununla bağlı mütəmadi maarifləndirilir.

Qeyd edirik ki, 2024-cü ildə Qida Təhlükəsizliyi İnstitutu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib. Təlim iştirakçıları müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi və digər məsələlər barədə məlumatlandırılıb.

Təlimlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqlər keçirilir. 2024-cü ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlər icra edilib".

Bəs uşaqlar üçün bağçalarda sağlam qidalanma necə olmalıdır?

Bu barədə Trend-ə danışan həkim-pediatr Günay Rəsulova bildirib ki, uşaq bağçalarında qida rasionu balanslı olmalıdır.

"Yəni gündəlik meyvə, tərəvəz, süd məhsulları, ət məhsulları, hamısı rasionda bölünmüş və balanslı şəkildə olmalıdır. Bu, səhər, günorta və axşam yeməyi daxil olmaqla, üç əsas öyün və iki ara öyün kimi qurulmalıdır.

Bağçalarda qidalanmada ən çox yol verilən səhvlərdən biri uşaqlara şirin çayın verilməsidir. Şirin çay uşaq yaş qrupu üçün uyğun qida sayılmır. Ona görə ki, tərkibində kofein var. Eyni zamanda, çay orqanizmdə dəmiri azaldır. Ümumiyyətlə, şəkər yükü baxımından bağçada uşaqlara şirin çay verilməməlidir".

"Bəzən özəl bağçaların qida rasionunu paylaşırlar. Biz görürük ki, siyahıda süni meyvə şirələri var, bu da yanlışdır. Yalnız təbii meyvə suyu, bağçanın özündə yenicə çəkilmiş, təzə meyvə suyu təqdim edilə bilər. Eyni zamanda, meyvələri suda qaynadıb şəkər qatmadan kompot kimi vermək olar. Təqdim edilən bütün meyvə və tərəvəzlər mövsümə uyğun olmalıdır. Verilən yeməklər qızartma şəklində olmamalıdır", - deyə həkim əlavə edib.

Son xəbərlər

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Bütün xəbərlər