İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı

İki aya yaxındır səhhəti ilə bağlı xəstəxanada müalicə alan tanınmış siyasətçi, Ədalət Partiyasının sədri İlyas İsmayılovun ilk dəfə fotoları yayılıb.

"dogruxeber.tv" xəbər verir ki, bu fotoları tanınmış jurnalist Heydər Oğuz sosial media hesabında paylaşaraq, İsmayılovla arasında keçən maraqlı söhbətlərdən bəhs edib.

Heydər Oğuz paylaşımında qeyd edir ki, İlyas İsmayılov sağ dizində yaranan ağrılar səbəbilə xəstəxanada müalicə alsa da, digər orqanları ilə bağlı heç bir problemi yoxdur. Ziyarəti zamanı onların arasında siyasət, partiyanın gələcəyi və həyatın ümumi prinsipləri ilə bağlı maraqlı dialoqlar baş tutub.

İlyas İsmayılovun tövsiyəsi: "Lax yumurtalara inanma”

Heydər Oğuzun paylaşımında diqqət çəkən məqam İlyas İsmayılovun həyat təcrübəsindən çıxardığı bir məsləhəti olub:

"Sən ağıllı adamsan, vaxtını lax yumurtalara sərf etmə. Bütün yumurtalar salamat çıxmaz. Təbii ki, içərisindən lax çıxanlar da olacaq. Amma onların təhlükəliliyi lax olduqları anlaşılana qədərdir. Hər şey yoluna düşəcək".

İlyas İsmayılov bu sözlərlə cəmiyyətdəki mənfi tendensiyalara işarə edərək, gənc nəsilə daha böyük işlərə fokuslanmağı tövsiyə edib.

Söhbət əsnasında İlyas İsmayılov Heydər Oğuza partiyaya qayıtması ilə bağlı təklif irəli sürüb. Heydər Oğuz isə bu təklifi belə cavablandırıb:

"Partiyaya qayıdaram, amma yalnız sizin sədr olduğunuz şəraitdə. Mən sizin rəhbərliyinizdə fəaliyyət göstərmək istəyərəm".

İlyas İsmayılov bu təklifi böyük məsuliyyət kimi qəbul etdiyini bildirib və partiyada tezliklə yenidən fəallığını bərpa edəcəyinə dair ümidlərini ifadə edib.

Heydər Oğuzun sosial mediadakı bu paylaşımı izləyicilər arasında böyük maraq doğurub.

İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər