gundem / Cəmiyyət
13.01.2025, 18:00
Samir Şərifov daha bir vəzifəsini itirəcək
Yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilən Samir Şərifov tutduğu daha bir postu itirəcək.
"dogruxeber.tv"ın Modern.az-a istinadən məlumatına görə, o, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri vəzifəsindən azad ediləcək.
Şərifov bu vəzifəni 2021-ci ildən tutur.
Qeyd edək ki, Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib.



