gundem / siyaset / dunya
14.01.2025
Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq sənədi imzalayacaq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Yanvarın 14-də xarici işlər naziri Mirzoyan və dövlət katibi Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar", - deyə məlumatda bildirilir.
Mərasim Vaşinqtonda baş tutacaq.



