gundem / dunya / Cəmiyyət
20.01.2025
Kubada 20 yanvar matəm günü elan edildi
Kubanın hakimiyyət orqanları yanvarın 20-ni Holqin əyalətində sursat partlaması nəticəsində həlak olan hərbçilərin xatirəsinə matəm günü elan edib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə ölkə prezidenti Migel Diaz-Kanel Bermudes “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Holqində hərbi materiallarının saxlandığı tikinti sahəsində həlak olan igid əsgərlərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik”, - deyə prezident bildirib.



