Almaniya prezidenti Türkiyəyə və Yaxın Şərqə səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərqə və Türkiyəyə səfər edəcək.

"dogruxeber.tv" xəbər verir ki, Almaniya dövlət başçısı bölgəyə səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayacaq. Frank-Valter Ştaynmayerin Səudiyyə Ərəbistanına ötən ilin noyabrında planlaşdırılan səfəri Almaniyada koalision hökumətin dağılmasından sonra təxirə salınmışdı.

Almaniya Prezidenti Ər-Riyadda bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək və Kral Salman parkını ziyarət edəcək.

Prezident Frank-Valter Ştaynmayer fevralın 4-də İordaniyada olacaq, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edəcək. Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüş də nəzərdə tutulub.

Almaniya Prezidenti bölgəyə səfərini fevralın 5-də Türkiyəni ziyarət etməklə başa çatdıracaq. Qısa səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılıb.

Son xəbərlər

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Bütün xəbərlər