gundem / Cəmiyyət
13.02.2025, 16:15
Rüfət Mahmud sədr təyin edildi - SƏRƏNCAM
Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Rüfət Mahmud bu təyinata qədər SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.



