"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

dogruxeber.tv: - Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43 və 43a binalarını qanunsuz şəkildə sökərək yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold Məkan” MMC tikinti şirkəti sakinlərin etirazına, heç bir rəsmi qurumdan icazə almamasına rəğmən artıq bir neçə aydır ki, qanunsuz şəkildə ərazidə söküntü işləri aparır.

Qeyd edək ki, bina sakinləri sözügedən şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadıqları üçün mənzillərini boşaltmaq istəmirlər. Lakin “Gold Məkan” şirkəti problemi həll etmək, razılığa gəlmək əvəzinə söküntü işlərinə mane olmaq istəyən sakinlərə fiziki zorakılıq tətbiq edir. Binaları söküləcəyi təqdirdə prsosesin qanuni əsaslarla icra olunmasını tələb edən sakinlər isə üzləşdikləri qanunsuzluqlarla bağlı lazımi orqanlara müraciət etsələr də, indiyədək bunun ciddi bir faydasını görmədiklərini deyirlər.

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

Bu barədə binanın bir qrup sakini adından “AzPolitika”-ya müraciət edən biri Fətullayeva Adilə Adil qızı ötən ilin mart ayından Nərimanov rayon Məhkəməsi tərəfindən aparılan mülki məhkəmə işinin az qala bir il vaxt keçməsinə baxmayaraq hələ də yekunlaşmadığını bildirir: “Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)- 84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə qadağan edilib. Ötən ilin avqustunda ekspertiza təyin olundu. Burada bizim binanın qarşısındakı yataqxanalar söküləcəyi təqdirdə bizə nə dərəcədə ziyan dəyə biləcəyi, yollarda gediş-gəlişin hansı səviyyədə məhdudlaşacağıyla bağlı suallar qoyuldu. 7 noyabr tarixində əraziyə baxış keçirilsə də, Ədliyyə Nazirliyinin Ekpertiza İdarəsindən sorğu ünvanlandı ki, Fövqəladə Hallar Nazirliyinin də nümayəndəsi burada iştirak etsin. Lakin FHN iş çoxluğuna görə nümayəndə göndərə bilmir və bu səbəbdən də rəy almaq mümkün olmur. 6 aydır ki, ekspertizanın rəyini gözləyirik. Hətta bir dəfə rəy verilmədən məhkəməyə məktub göndərilib. Bu səbəbdən hakim Solmaz Ədilova yenidən sorğu ünvanlayıb və ekspertiza rəyi tələb edib”.

Şikayətçi qeyd edir ki, sözügedən müddət ərzində “Gold Məkan” MMC qanunsuz söküntü işlərinə davam edib.

“Fövqəladə Hallar Nazirliyi sözügedən şirkətə qarşı cinayət işi açıb. Müvafiq qurumların qərarlarına baxmayaraq, heç bir sənədi olmayan şirkət hələ də qanunsuz şəkildə yaşayış olan binaları sökməyə davam edir. Bir bina artıq sökülüb. İndi isə ikinci binanı sökürlər”, - deyə şikayətçi qeyd edir.

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

A. Fətullayeva Nərimanov rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edir, baş verən hadisələrin bu mərhələyə çatmasında sözügedən qurumu günahlandırır: “Bütün qurumlara müraciət etmişik. Yazmadığımız, qapısını döymədiyimiz qurum qalmayıb. Nərimanov rayon İcra Hakimiyyəti heç nə etmir. Qanunsuz söküntüyə göz yumur. Hakim Meminat Hacyıevanın sədrliyi ilə keçirilən məhkəmədə bildirilmişdi ki, icra hakimiyyətinin nümayəndələrinin məhkəməyə gəlməsi zəruridir. Lakin gəlmədilər. Əvəzində “Gold Məkan”ın nümayəndəsi üçüncü tərəf kimi məhkəməyə gəlmişdi. Lakin biz bildirdik ki, onlar bizə tərəf deyil. Çünki 15 dekabr tarixində FHN-nin qərarı ilə işlər dayandırılıb və onların heç bir icazələri yoxdur. 17 dekabrda isə Nərimanaov Prokurorluğu tərəfindən cinayət işi qaldırlıb. Meminat Hacıyevə məhkəməni təxirə saldı və 17 fevral tarixinə təyin etdi. Nərimanov rayon Məhkəməsinin sədri Həbib Həsənovun göstərişi ilə məhkəmə uzadılır”.

Aidiyyatı dövlət qurumlarının məsələyə etinasız yanaşmasından şikayətlənən A. Fətullayeva sonda sakinlərin adından Prezident İlham Əliyevə müraciət edərək məsələnin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir:" Dövlət qurumlarının "ötür-ötür" oyunları vətəndaşların böyük narazılığına səbəb olur. Cənab Prezidentdən xahiş edirik ki, vu məsləni nəzarətinə götürsün".

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı adı keçən dövlət qurumları, həmçinin "Gold Məkan" MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
“AzPolitika.info”

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər