"Humana" ilə körpələri necə zəhərləyirlər......

Nəzarət tədbirləri çərçivəsində “Baku Kids Company” QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” SL əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

"dogruxeber.tv" bildirir ki, sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm (GMO) aşkarlanıb.

Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Məlumat üçün bildirilib ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

Genetik modifikasiya olunmuş orqanizmlər (GMO) – müasir gen mühəndisliyi metodu ilə laboratoriya şəraitində genetik materialı dəyişdirilmiş canlı orqanizmlərdir. Bu üsul təbiətdə mövcud olmayan yeni bitki, heyvan, bakteriya və virus genlərinin yeni kombinasiyasını yaradır.
Məsələ ilə bağlı danışan professor Adil Qeybulla “Ajans.az”a açıqlamasında deyib ki,GMO genetik motifikasiya olunmuş qidalardır:

” Bildiyiniz kimi, genlər hər bir qidaya dad, keyfiyyət, müxtəlif xassələr verir. Bu səbəbdən genləri dəyişdirməklə xassələr dəyişdirilir. Məsələn, pomidorun genini dəyişdirərək 500 ilə qədər 12 dərəcədə saxlamaq mümkündür. Əslində GMO ideyası qida çatışmazlığından yaranıb. Bununla dünya qidayla təmin olunur. GMO öz-özlüyündə qorxulu bir şey deyil. Xərçəng və yaxud başqa xəstəliklərin törədicisi rolunda oynamır. Əslində insanlar GMO-nun mahiyyətini dərk etmirlər. Halbuki fast-fudlar, trans yağlar, konservləşdirilmiş yeməklər orqanizm üçün GMO-dan daha təhlükəlidir. Uşaq qidalarının içərisinə qatılan GMO həmin yeməyi xarab olmaqdan qoruyur”.//xalq.az

Son xəbərlər

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

Bakının bu ərazisində zibili eşşək arabası ilə yığırlar

Abşeron rayonunda “14 iyul 1969-cu il – Böyük gələcəyə aparan yol” mövzusunda tədbir keçirilib

Meyson Qrinvud "Fənərbağça"da

“Azəridad” toyuq kolbasası istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

Bütün xəbərlər