gundem / Cəmiyyət
4.03.2025
Naxçıvanın icra başçısına birinci müavin təyin edildi
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.
"dogruxeber.tv" xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əhməd Zöhrab oğlu Vəliyev başçının birinci müavini vəzifəsinə təyinat alıb.



