Xamenei-Pezeşkian arasında gərginlik: Prezident istefa verəcəkmi?

"İranda prezident və ali dini rəhbər arasında qarşıdurma ola bilməz. Çünki prezidentin dini liderə qarşı çıxacaq səlahiyyətləri yoxdur".

Bunu açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranda prezident Məsud Pezeşkianla ali dini rəhbər Seyid Əli Xamenei arasında yaşanan gərginliyi şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, bu, uydurulmuş iddiadır. İranın çox ciddi sosial-iqtisadi problemləri var. Bu böhranın bir qismi obyektiv səbəblərdən-məsələn, Qərbin, xüsusilə də ABŞ tərəfindən tətbiq olunan sanksiyalar səbəbindən yaranan iqtisadi geriləmədir. Digər tərəfdən, İran sosial yönümlü ölkədir, bir çox xidmətlər, xüsusilə də enerji daşıyıcıları, yanacaq qiymətləri dövlət subsidiyaları ilə tənzimlənir, xalqa çox ucuz təklif olunur. Əvəzində isə dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılır".

Ekspert qeyd edir ki, Trampın İrana sanksiyaları sərtləşdirməsi Pezeşkianı çətin duruma salıb:

"Tramp iqtidara qayıdandan sonra sanksiyaları sərtləşdirib, üstəlik artıq qara bazarda əvvəlki tək çox neft və qaz satmaq olmur, tələbat azalıb və qiymətlər ucuzlaşıb. Bütün bu yük isə hökumətin, yəni Məsud Pezeskianın üzərindədir. Digər tərəfdən, mühafizəkar qanad, xüsusilə də hərbi, yəni SEPAH Pezeşkian hökumətini sıxışdırır".

Kənan Rövşənoğlu Pezeşkianın da istefa verəcəyini güman etmir:

"Ölkədə elektrik enerjisi istehsalı azalıb, hökumət elektrik məhdudiyyətinə gedib. Bu da ciddi narazılıq doğurub. Əbdülnasir Hemməti Mərkəzi Bankın keçmiş sədridir, təcrübəli iqtisadçı və nüfuzlu siyasətçidir. Özü də azərbaycanlıdır. Amma vəziyyəti düzəldə bilərdi. Bilmədi deyə istefaya göndərildi. Pezeşkianın istefa verəcəyini isə güman etmirəm. Əvvəldən bəlli idi ki, onun üçün çətin olacaq".

Qeyd edək ki, İranın Yaxın Şərqdəki nüfuzunun sarsılması fonunda ölkə daxilində də gərginlik özünü açıq şəkildə büruzə verməyə başlayıb. Prezident Məsud Pezeşkian ABŞ ilə danışıqların başlamasına çağırış etsə də, ölkənin ali dini rəhbər Seyid Əli Xamenei buna qarşı çıxıb. Bu fonda da mətbuatda Pezeşkianın istefa vermək istəməsi barədə xəbərlər yayılıb. Amma, iddialara görə Xamenei istefanı qəbul etməyib. İran iqtisadi böhran içində çabalamaqda davam edir. Bir neçə gün əvvəl ölkənin maliyyə naziri istefaya göndərildi. Buna səbəb nazirin iqtisadi problemlərin öhdəsindən gəlməməsi göstərilib. Hər halda görünən odur ki, hələlik açıq şəkildə olmasa da, gizli formada Pezeşkian Xamenei qarşıdurması gedir.

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər