İcra başçısı rayonu “Xəzər”dən idarə edir

dogruxeber.tv : - Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov rayon sakinləri üçün əlçatmaz olub. Onu kabinetində tapmaq belə müşkül məsələyə çevrilib, sakinlərin icra başçısı ilə görüşmək Çin səddini aşmaqdan çətindir.

Bu barədə redaksiyamıza Şabran sakinlərindən məlumat daxil olub.

İddia olunur ki, A.Hüseynov hətta rayonda keçirilən dövlət səviyyəli tədbirlərdə görünməyə ərinir, İcra Hakimiyyətinin rəsmilərinin xeyli xahiş və minnətindən sonra tədbirlərə qatılır. Kabinet ona dar gəldiyindən vətəndaş qəbulunu müavinlərinə həvalə edib. Ancaq xüsusi görüş və qəbullarını rayonun Gəndob kəndində yerləşən “Xəzər” restoranında həyata keçirir. Elə çox vaxt naharını da orada edir və elə oradan da birbaşa paytaxta üz tutur. 3-4 gün ərzində o, İcra Hakimiyyətinin inzibati binasında 3-4 saat ya ola, ya olmaya. Həmin vaxtı da kənar şəxsləri qəbul etmir, ancaq öz işçilərindən hesabat alır. Hətta işçilərin əmək haqlarının verilməsi günlərlə yubanır. Ona görə ki, başçı işdə tapılmadığından lazımı sənədlərə möhür vurulmur.
A.Hüseynov gözdən pərdə asmaq üçün hərdən peyda olur, rayon kəndlərini gəzir, qəbul prosesi həyata keçirir, amma necə, vətəndaşdan çox ora məmurlar toplanır, ön sırada İcra Hakimiyyətinin, kənd nümayəndəliyi, bələdiyyə işçiləri əyləşirlər. Arxada 3-4 oturacaqda da vətəndaş. Bu da oldu onun kəndlərdə sakinlərlə görüşü. Bu görüşlərdən ancaq bol-bol fotolar çəkilir. Nə problem həll olunur, nə dəstək, nə qayğı…

Sakinlər iddia edirlər ki, A.Hüseynov özünü qanundan üstün tutur. Rayonun vəziyyətinə gəldikdə isə, bərbad. Heç bir inkişaf, tərəqqi, abadlaşma, quruculuqdan söz gedə bilməz. Şabran çirkabın içində boğulur. Başçı işinin başında olmadığından rayonun vəziyyəti ilə maraqlanmır. Altı ildir bu vəzifədədir, heç altı dəfə şəhərin küçələrində onu sakinlərlə görüşü olmayıb. Rayonda onu tanıyanları barmaqla saymaq olar, onlar da İcra Hakimiyyətinin işçiləridir, sadə şabranlıya onun üzünü görmək qismət olmur.
Söylənilən iddialarla bağlı Şabran rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlamaq mümkün olmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//azreform.info

Oxunub: 599

Son xəbərlər

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

Bütün xəbərlər