FHN "Qafqaznet"ə yenə tender verdi - Bu dəfə 262 min manat...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Layihə İnstitutu - "Azərdövlətlayihə" "Qafqaznet" şirkətindən 262 321,08 manatlıq printerlər üçün toner, drum katric və zibil qutuları alacaq.

"dogruxeber.tv"ın Qaynarinfo-ya istinadən məlumatına görə, şirkət qurumun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

FHN və ona tabeli qurumların İKT məhsulları ilə bağlı keçirdiyi tenderlərin qalibi birmənalı şəkildə "Qafqaznet" şirkəti olur. Bu da təsadüfi deyil. Mediada gedən məlumatlara görə, şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Nazirin biznes haqqında dərc edilən araşdırma materiallarında da "Qafqaznet" şirkətinin adı keçir. Şirkətin nazirə məxsus olması barədə iddialar bu günədək qarşı tərəfdən təkzib edilməyib.

İKT sahəsində fəaliyyət göstərən "Qafqaznet" şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

"Qafqaznet"in hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi isə Əhmədov Xəyal Əkbər oğludur.

Şirkəti cari il başlayandan ikinci dəfədir ki, FHN-nə tabeli qurumların keçrdiyi tenderin qalibi olur. Bundan əvvəl "Qafqaznet" Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Layihələndirmə İnstitutunun keçirdiyi tenderin qalibi seçilib. FHN-nin idman-sağlamlıq klubunda voleybol meydançası üçün "Video Challange" sisteminin satın alınması ilə bağlı keçirilən bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 205 375,46 manat olub.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər