Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?

dogruxeber.tv: - "Laser Beauty Clinic"ası ilə bağlı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic"in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Lakin bundan sonra məlum olub ki, nazirliyin qərarına baxmayaraq, "Laser Beauty Clinic" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

"Laser Beauty Clinic"lə bağlı qalmaqallı məsələlərdən biri də odur ki, həkimlərin sertifikasiyası prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin bu klinkada həkim kimi fəaliyyət göstərməsidir.

Sertifikasiya məsələsindən öncə qeyd edək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra - 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetinin Farmakalogiya (Киевский национальный университет (КНУ) Фармация, промышленная фармация) ixtisası üzrə təhsil aldığı qeyd edilib.

Əslində isə vəziyyət tamami ilə fərqlidir. Belə ki, Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa - daha nüfuzlu universitetin adını göstərib.

İstənilən Ukrayna universitetinin diplomunu bu sayt vasitəsi ilə diplom nömrəsini daxil etməklə yoxlaya bilərsiz: İnfo.edbo.gov.ua

Nigar Rüfətin diplomunun saxta olması barədə deyilənlər kifayət qədər ciddi iddialardır və vacib bir məsələdir. Səhiyyə sisteminin etibarını qorumaq və pasiyentlərin təhlukəsizliyini təmin etmək üçün bu cür iddialar obyektiv şəkildə araşdırılmalı və qərarlar qəbul edilməlidir.

Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.

Qeyd edək ki, Nigar Rüfətin adı tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamada deyilir:

"Mediadan daxil olan müraciətlərdə "Laser Beauty Clinic"də həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçməyib.

Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "Lazer Beauty Clinic" adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.

Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və "Lazer Beauty Clinic" adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib".

Göründüyü kimi, Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçmədiyi halda uzun müddət adıçəkilən klinikada qanunsuz olaraq çalışıb və onlarla, bəlkə də yüzlərlə pasiyentə qanunsuz olaraq tibbi xidmət göstərib. Bunun üstü isə yalnız mediada barəsində yazılandan sonra açılıb. Buna baxmayaq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi barədə məlumatlar var.

Daha bir məqamı qeyd edək: Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi ötən il sorğuya cavab olaraq bildirib ki, Nigar Rüfət adlı şəxs tibb işçilərinin sertifikasiya prosesində iştirak etməyib, "Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri"ndə adı olmayıb. Bu fakt da onun Bakıdakı məşhur klinikalardan birində uzun müddət qanunsuz fəaliyyət göstərdiyini sübut edir.//qaynarinfo

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər